Ədviyyatlar coğrafi yayılmasına, mənşəyinə və ekoloji şəraitinə görə iki qrupa bölünür.
1. Azərbaycanın yabanı halda yayılan və mədəni şəkildə becərilən ədviyyatlı bitkiləri: xardal, cirə, zirə, sarıkök, razyana, keşniş, dağkeşnişi, dağnanəsi, nanə, yarpız, qırmızı istiot, şüyüd, tərxun, zəfəran, sarıçiçək, reyhan, dəfnə, mərzə, cəfəri, kəklikotu, qıtıqotu, qazayağı, sabahgülü və s.
2. Tropik və subtropik ölkələrdə yayılan və Azərbaycana gətirilən ədviyyatlar: muskat qozu, vanil, hıl, ağ və qara istiot, muskat çiçəyi, mixək, darçın, zəncəfil, ətirli bibər və s.
Yeyinti sənayesi tərəfindən qəbul olunmuş təsnifata əsasən müxtəlif ətirli bitkilərdən alınan ədviyyatlar dad və ətrinə görə 5 qrupa bölünür:
1. Zəif ətirli tünd acı ədviyyatlar: qara istiot, ağ istiot, qırmızı istiot, xardal, qatıqotu, çaşır, acı bolu və s.
2. Kəskin ədviyyat ətirli acı ədviyyatlar: mixək, ətirli istiot, zəncəfıl, çödükotu, mayaotu, dəfnə, dazotu və s.
3. Zəif ədviyyat dadlı, şirintəhər ətirli ədviyyatlar: darçın, muskat qozu, dəfnə yarpağı, keşniş, cəfəri.
4. Zərif ətirli ədviyyatlar: hil, muskat çıçəyi, küncüt, zəfəran, karapodium, sarıçiçək, heyva, zirə, dağnanəsi, mərzə, kəklikotu, qazayağı və s.
5. Kəskin fərdi xassəli ədviyyatlar: nanə, cirə, adaçayı, razyana, şüyüd, sarımsaq, soğan, havuc, tikanlı kəvər, baldırğan, çaşır.
Ədviyyatların şərti təsnifatı
Sistematik təsnifat