Bütün qeyd edilənlərə baxmayaraq təsərrüfatda əksər ədviyyat, bitki çayları və dərman bitkilərini generativ, tərxun, nanə, əvəlik kimi bitkiləri isə vegetativ üsulla artırmaq qəbul edilmişdir.
Basma. Ana bitkidən ayrılmadan kökləndirilən bitkiyə basma deyilir. Basdma həmçinin, ana bitkinin zoğunu bitkidən ayırmadan kök əməl gətirmək üçün torpaqla ünsiyyətə gətirilərək kökləndirilməsidir (Şəkil 1.7.).
Kök pöhrəsi ilə çoxaltına. Ana bitkinin kökləri üzərində vegetativ tumurcuqlar oyanıb zoğ - pöhrə əmələ gətirir. Hər pöhrənin ana bitkinin kökünə birləşdiyi yerdə kök yerləşir. Payızda ana bitkinin ətrafını qazıb kök pöhrələrini ana bitkidən ayırırlar (Şəkil 1.8.).
Kolların bölünməsi ilə çoxaltına. Adətən kök pöhrəsi əmələ gətirən bitkiləri kolların bölünməsi yolu ilə də çoxaldırlar (Şəkil 1.9.).
Sahədə aqrotexniki tədbirlərin yüksək səviyyədə tətbiqi nəticəsində ana bitki külli miqdarda kök pöhrəsi əmələ gətirib kollanır. Payızda və ya yazda bitkini torpaqdan qazıb çıxarırlar. Çıxarılmış bitkini silkələyərək onun köklərini torpaqdan təmizləyirlər. Sonra pöhrəni ana bitkidən ehtiyatla ayırırlar. Nəticədə bir ana bitkidən kökü və yerüstü hissəsi olan çoxlu bitkilər ayrılmış olur.