Hər iki çoxalma üsulları arasında aqrotexniki, iqtisadi və bioloji cəhətcə bir çox fərq vardır. Generativ artırma bioloji cəhətcə belə üstünlüyə malikdir ki, toxumların xüsusi qabığı vardır ki, o suyu, qazları, istiliyi, soyuğu daxilinə çətin buraxır. Digər tərəfdən hər bitki çox sayda toxum verir ki, bu da çəkicə az miqdarda toxumla, sahədə çox sayda bitki becərməyə imkan verir. Beləliklə, həyatilik və bioloji artma imkanına görə generativ üsul çox böyük üstünlüyə malikdir.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumla çoxaldılması üsullarının həm müsbət, həm də mənfi (nöqsanlı) xüsusiyyətləri mövcuddur. Toxumla çoxaltmanın əsas müsbət xüsusiyyətləri aşağıdakılardır:
❖ | Toxumlar çəkicə az olur və az yer tutur, |
❖ | Uzun müddət asan saxlanılır, |
❖ | Uzağa daşınmaq üçün əlverişlidir. |
❖ | Toxmacar mərhələ etibarilə cavan olduğundan şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə nisbətən davamlı olur; |
Toxumla çoxaltmanın qüsurlu cəhəti isə aşağıdakılardır:
❖ | Toxumun xırda olması, |
❖ | Ehtiyat enerjisinin az olması, |
❖ | Cücərərkən kiçik cücərti verməsi, |
❖ | Onun çox ləng böyüməsi, |
❖ | Məhsulun gec yetişməsidir. |
Bir çox növlərin toxumu çox xırda olduğundan, ondan əmələ gələn bitkilər yüksək məhsul vermir, standart göstəricilərə malik olmur (tərxun, nanə və s), ana bitkiyə oxşamır.
Ədviyyat, bitki çayları və dərman bitkiləri bioloji xüsusiyyətlərindən asılı olaraq vegetativ hissələrlə -soğanaq, kökümsov gövdə, kök pöhrəsi, kolların bölünməsi, basma və çiliklə çoxaldırlar.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin vegetativ üsulla artırılmasında istifadə olunan əkin materialları aşağdakı kimi qruplaşdırılır: