Malın (işlərin, xidmətlərin) bazar qiymətləri vergi ödəyicilərinin real gəlirlərinin və vergitutma bazasının düzgün hesablanması, habelə bu sahədə vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədi ilə müəyyənləşdirilir.
Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda isə aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:
Müəyyən məhsulu aldıqda istehlakçının əsas məqsədi həmin məhsul sayəsində öz tələb və ehtiyaclarını təmin etmək və həmin məhsul və xidmətlərin istehlakından məmnuniyyət əldə etməkdir. İstehlakçı seçiminin əsas faktoru bu və ya digər məhsulun faydalılıq (yararlılıq) dərəcəsidir.
Faydalılıq (utility) — bu və ya digər məhsul və ya xidmətdən istifadə zamanı və ya hər hansı bir fəaliyyət növünün həyata keçirilməsi nəticəsinə fərdlərin (individual şəxslərin) əldə etdiyi məmnuniyyətin ölçüldüyü dərəcədir.
1.3. |
Ədviyyat, bitki çayları və dərman bitkilərinin tərkib hissəsi və çoxalma növləri |
Ədviyyə bitkiləri özünün kök, göydə, yarpaq, çiçək, qabıq, toxum və s. hissələrinin xoş ədviyyə xüsusiyyətlərinə malik olması ilə seçilir. Bunların əksəriyyəti vitamin və bioloji-aktiv maddələrlə çox zəngindir. Tərkiblərində üzvi turşular, vitaminlər, pektin maddələri və qələvi xassəli mineral maddələr, fermentlər, enzimlər, xüsusi tamlı, ətirli maddələr olan A, B, Bı, D, PP, E, C və s. vitaminlər orqanizmdə maddələr mübadiləsini tənzimləyir və müxtəlif sistemlərin fəaliyyətini yaxşılaşdırır. Ədviyyə bitkilərinin tərkibində olan acımtıl qlükozidlər, pektin, jelatin, piqmentlər, aşı maddələri, yağlar, efır və s. radiasiyaya məruz qalmış xəstələrin müalicəsinə müsbət təsir göstərir. Ədviyyə məhsulları dad və tam etibarilə acımtıl, acımtıl-şirin, turşməzə, şorməzə, xoş ətirli olduqlarından onlardan geni istifadə olunur. Ən çox ədviyyə bitkiləri kərəviz fəsiləsi, dalamaz fəsiləsi, kələm fəsiləsi, astra fəsiləsi, yolotu fəsilələrində yayılmışdır. Ədviyyə bitkilərinin əksəriyyətinə yabanı halda rast gəlinir, bəziləri isə sənaye əhəmiyyətinə malik olduqlarından mədəni halda becərilir: tərxun, zirə, cirə, zəfəran, qızılgül, sarımsaq, dəfnə, nanə, yarpız, xardal, ətirşah, reyhan, sarıçiçək və s. Bunların əksəriyyəti aşbazçılıqda, əczaçılıqda, ətriyyat-kosmetikada, sabun bişirmədə geniş istifadə olunur. Bu bir həqiqətdir ki, təbiət gözəl bir əczəxanadır. Burada insanın sağlam olması və xəstəliyinin müalicəsi üçün istənilən qida, dərman maddələrini tapmaq olar.
Ətirli-ədviyyə bitkilərdən təbabətdə, yeyinti sənayesinin müxtəlif sahələrində, texnikada, ətriyyat-kosmetika sənayesində istifadə olunur. Ətirli-ədviyyə bitkilərinin tərkibində efir yağları, qlükozidlər, alkoloidlər, boya maddələri, fitonsidlər və s. maddələr vardır.
Dünyada 120 növdən çox ətirli-ədviyyə bitkisindən efir yağı alınır. MDB-də 40 növə qədər ətirli-ədviyyə bitkisindən efır yağı istehsal edilir. Bir neçə növ efir yağının istehsalına görə MDB ölkələri dünyada qabaqcıl yerlərdən birini tutur.