İngiltərə, Fransa və digər ölkələrin orta əsrlərə aid bir sıra monastır arxivlərində müxtəlif bitkilərin becərilməsi, kulinariyada, tibb və məktəblərdə istifadəsi barədə məlumatlar vardır. Orta əsrlərdə ədviyyata tələbat böyük idi. Ona görə də səyyahlar dəniz və okeanlarla uzun illər yol getməkdə məqsəd təkcə qızıl deyil, həm də ədviyyat bitkiləri axtarırdılar. Ədviyyat bitkilərinə aid geniş məlumatları XV-XVII əsrlərdə böyük bağban və herbaristlərdən Tomos Treeser, Herard (1595) və Parson (1623) əldə etmişlər. Onların əsərlərində keçmiş əsrlərdə alim və təcrübəçilərin müşahidə və məsləhətləri geniş istifadə olunmuşdur. XVII əsrin sonundan XIX əsrin ortalarına kimi bu bitkilərə maraq daha da artmışdır. 1883-cü ildə ABŞ-da buraxılan kataloqlardan birində 140 qiymətli ədviyyat bikisi təsvir olunmuşdur.
Son 50 ildə məlum olmuşdur ki, bir sıra ədviyyatlı bitkilər müxtəlif vitaminlərlə, qiymətli mineral duzlar və dərman əhəmiyyətli maddələrlə xeyli zəngindir. Tərkibində olan ətirli efir yağları, qlikozid və digər maddələr, ərzaq məhsullarının keyfiyyətini daha da yaxşılaşdırır, hiss orqanlarını qıcıqlandırır, dad və həzm orqanlarının fəaliyyətini artırır, iştah yaradır, qida maddələrinin mənimsənilməsini, maddələr mübadiləsini sürətləndirir, əsəb, ürək-damar sistemlərinin fəaliyyətini nizama salır, orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir. Qədim xalqlar ədviyyatın əhəmiyyətini başa düşdükləri üçün deyirdilər ki, ədviyyatsız fayda və sevinc yoxdur. İndiki zamanda ədviyyat bitkilərinə tələbat, xüsusilə artmışdır. Müəyyən olunmuşdur ki, onlar xörəyi dadlı, ətirli etməklə yanaşı, həm də onun antiseptik və bakterisid xassələrini artırır.
Ədviyyə bitkilərdən istifadə eradan bir çox min il əvvələ aiddir. Vavilon dövləti dövründə insanların zəfəran, zirə, reyhan, küncüd, şüyüd, keşniş, cirə, mərzə, sarımsaq, soğan və s. ədviyyə bitkilərindən qatqı kimi istifadə etmələri haqqında elmi məlumatlara rast gəlinir.
Orta əsrlərdə ədviyyələr - darçın, zəncəfıl, qara istiyot, muskat qozu və s. Avropaya Hindistandan aparılırdı.
Bir çox illər ərzində Cəubla Şiamal arasında gedişgəliş olmaması nəticəsində yerli əhali, yalnız yaşadıqları ərazilərdə olan ədviyyə bitkilərindən: şüyüd, cəfəri, qıtıqotu və s.-dən geniş istifadə etmişlər. Mülayim iqlimə malik olan ərazilərdə bitən ədviyyə bitkiləri heç də xaricdən gətirilənlərdən geri qalmır və tərkibində olan bioloji-aktiv maddələr daha çoxdur. Buna Qafqazda və Orta Asiyada becərilən nanə və tərxunu göstərmək olar.
İnsanlar çox qədim dövrlərdən, yəni Paleolit erasından başlayaraq ədviyyat və qatqılardan istifadə etməyə başlamışlar. Ədviyyat və qatqılar nəinki xörəklərin tərkibini yaxşılaşdırır, həmçinin onlara müxtəlif keyfiyyətlər verməklə yanaşı, müalicəvi təsirə malik “eliksirə” çevir. Bu qiymətli qatqılardan düzgün və səmərəli istifadə etmək üçün insanlara onların kimyəvi tərkiblərini və düzgün istifadə olunma xüsusiyyətlərini bilmək tələb olunur. Qədim dövrlərdə ədviyyat və qatqıların kimyəvi tərkibləri öyrənilmədiyinə görə onları orqanoleptik (tam və dadlarına) xüsusiyyətlərinə görə təsnifatlaşdırırdılar.