Qurutma müxtəlif üsullarla həyata keçirilir. Günəş istiliyi altında qurutma-iqtisadi cəhətdən çox faydalıdır, lakin bu həmişə mümkün olmur. Azərbaycanda ədviyyat, bitki çayları və dərman bitkilərini iyun ayından başlayaraq oktyabr ayına kimi günəş altında qurutmaq olar. Təbii üsulla bitki isti havada və gün düşməyən yerdə qurudulur (rəngin dəyişməməsi üçün) və bu qurutma bir neçə gün çəkir.
Süni qurutma prosesində ədviyyat, bitki çayları və dərman bitkiləri xüsusi quruducu cihazlarda qızdırılmış hava axını ilə qurudulur. Termiki üsulla qurutma quruducu şkafda 50 dərəcə temperaturda 15-20 dəqiqə olmaqla həyata keçirilir. Bu zaman məhsulun orqanoleptiki xassələri (ətri, dadı, rəngi) saxlanılır. Hər iki qurutma nəzarət altında saxlanaraq tez-tez qarışdırılır. Qurutma bitdikdən sonra qurudulmuş yarpaqlı tərəvəzlər qablaşdırılaraq quru və qaranlıq yerdə saxlanılır.
Qurudulmuş ədviyyat, bitki çayları və dərman bitkiləri qarışıqlarından 1-ci nahar xorəkləri (sup, şi, borş və s.) və onlara qatqılar hazırlanır. Qurudulmuş ədviyyat, bitki çayları və dərman bitkilərini 1-ci və 2-ci əmtəə sortunda buraxılır. Bunları keyfiyyətcə qiymətləndirdikdə xırdalanmış hissənin miqdarı, quruyub ötmuşlərin və başqa qarışıqların miqdarı müəyyən edilir. Onların rəngi, forması, ölçüsü və nöqsanları da nəzərə alınır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin qurusunda kif, çürük, kənar qoxu və tam, zərərverici zədəsi, 0,01 %-dən çox mineral qarışıq, 3 mq/kq-dan çox metal qatışığı olmamalıdır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərindən kərəviz, cəfəri və cırhavuc qurudulur. Ölçüləri cəfəridə 3 sm, kərəvizdə isə 4 sm olmalıdır. Qurudulacaq xammalı əl ilə yuyub, maşınlarda təmizlədikdən sonra, eninə kəsiyi 3-5 sm olan sütuncuqlar şəklində doğrayırlar. Nəmliyi 13-14 %-ə qədər qurudulur. Bu zaman nəmliyin ayrılması quruducu qurğularda, 80-120 0C temperaturda isti havada (kaloriferin qızdırdığı hava) başa çatdırılır.
Qeyd: Respublikamızda kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərindən dondurularaq və qurudularaq saxlanılmasına ehtiyac duyulmadığı üçün, bu üsul geniş istifadə edilmir.