Belə ki, onları qurudulmuş, marinadlaşdırılmış və dondurulmuş şəkildə saxlamaq mümkündür.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərini donduraraq saxlamaq üçün ilk öncə onlar yuyulur, suyu çəkildikdən sonra dorğanaraq, soyuducunun buz qabının kiçik hissələrinə doldurulur. Sonra üzərinə qaynanmış su tökülür və soyuduqdan sonra dondurucuya qoyulur. Qışda donmuş tərəvəz kubları çıxarılaraq yeməklərdə istifadə edilir (Şəkil ). Onu da qeyd edək ki, donma müddəti məhsulun keyfiyyətinə bir başa təsir göstərir. Belə ki, tədricən dondurulmaya nisbətən, tez dondurulmuş məhsullarda vitaminlər qalır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin tez dondurulması -30, - 40 0C-də 2 saat müddətində aparılır. Bu zaman məhsulun daxilində temperatur -18 0C olmalıdır. Bu zaman dondurulacaq məhsul bir başa istifadə edildiyi üçün onlar yuyulur və dorğanaraq qablaşdırılır (əsasən polietlen torbalara yığılır). Bütöv halda da dondurmaq olar.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərini marinadlaşdırmaq üçün yuyulub və dorğanmış 600 qram şüşə balona yığılır, üzərinə 300 qram su, 3 xörək qaşığı 6 %-li esens, 30 qram xörək duzu, 50 qram bitki yağı əlavə edilərək ağzı hermetik qapaqla bağlanır.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərini qurutma üsulu ilə saxlanması daha geniş tətbiq edilir. Qurutma - məhsulun susuzlaşdırılmasına əsaslanır. Sərbəst su olmayan şəraitdə mikroorqanizmlər inkişaf edə bilmir. Qurutmaq üçün kərəviz, cəfəri, şüyüd, nanə və s. istifadə olunur. Məhsulların əksəriyyəti 8- 14 % su qalana kimi qurudulur.