Vaqon-buzxanalar tərəvəzin keyfiyyətli daşınmasını təmin edir və vaqonun daxilində müntəzəm olaraq aşağı temperaturu saxlayır. Bu vaqonların içərisinə buz-duz qarışığı və ya ayrıca buz qoyulur. Germetik vaqonlar tərəvəzin keyfiyyətli daşınmasını daha yaxşı təmin edir. Şaxta 150C-dən aşağı olduqda vaqon isidilir. Bu zaman ventilyator vasitəsilə hava cərəyanı nizamlanır. Bayırda +30-dan -450Cyə qədər temperatur olduqda belə vaqonlarda +60C-yə qədər soyuqluq yaratmaq mümkündür. Əgər vaqon ədviyyat, bitki çayları və dərman bitkilərinin yığılmasından əvvəl soyudulmuşdursa, onlar daha yaxşı keyfiyyətdə qalır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin növündən asılı olaraq yeşiklərə, yeşik-qəfəsələrə, səbətlərə, reşotkalara, konteynerlərə qablaşdırılaraq daşınmaq üçün hazırlanır. Belə qablaşdırılmış məhsul vaqonlarda ştabel qaydasında yığılır və vaqonun giriş yerindən içəriyə doğru 60 sm enində hərəkət üçün yer saxlanılır. Vaqonun tavanı ilə üst yeşik cərgəsinin arası 40-50 sm olmalıdır. Daşınma zamanı temperatur 4-5 0C -dən yuxarı, 0 0C -dən aşağı olmamalıdır. Dəmir yolunda daşınmaya nisbətən su nəqliyyatında daşınma ucuz başa gəlir. Burada gəmilərdən və motorlu qayıqlardan istifadə edilir. İçinə tərəvəz yığılmış taraları ştabel qaydasında divardan 20-25 sm aralı yığırlar. Ventilyasiya olmadıqda və yığılmağa nəzarət edilməməsi nəticəsində içəridə istilik həddindən artıq qalxa bilər. Bu isə həm mikroorqanizmlərin inkişafına, həm də ədviyyat, bitki çayları və dərman bitkilərinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ədviyyat, bitki çayları və dərman bitkiləri daşınmasında avtomobil nəqliyyatından daha çox istifadə edilir. Avtomobillə daşınma yerli əhəmiyyətə malikdir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin keyfiyyətinin aşağı düşməməsi üçün məhsul yayda gecə vaxtı daşınmalıdır. Daşınan məhsulun üstü isə mütləq örtülməlidir. Son illərdə ədviyyat, bitki çayları və dərman bitkilərinin daşınmasında hava nəqliyyatından da istifadə edilir.
Qeyd: Tara dedikdə məhsulu qablaşdıran zaman istifadə edilən qablaşdırma material başa düşülür.
7.4. Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərini saxlanması və emalı
Ədviyyat, bitki çayları və dərman bitkilərini uzun müddət saxlamaq üçün aşağı temperaturdan istifadə edilir. Saxlanılma temperaturu müvafiq ədviyyat, bitki çayları və dərman bitkilərinin donma temperaturuna yaxın olmalıdır. Onların donma temperaturu isə onun kimyəvi tərkibindən asılıdır. Bu temperatur tərəvəzin tərkibindəki suyun miqdarından asılı olaraq mənfi 0,5-2,5 0C arasında dəyişir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin saxlanılması zamanı aşağı temperaturun tətbiq edilməsi bəzən onların dad-tam keyfiyyətinə mənfi təsir göstərir.
Saxlanılma müddətinə görə ədviyyat, bitki çayları və dərman bitkiləri məhsullarını 3 qrupa bölürlər.