Ədviyyat, bitki çayları və dərman bitkilərinin konteynerlərə qablaşdırılması onların nəqliyyata yüklənib-boşaldılmasının mexanikləşdirilməsinə və beləliklə də itkinin azaldılmasına imkan verir. Həmin məhsul anbarda konteynerlərdə saxlanılır. Ədviyyat, bitki çayları və dərman bitkiləri qablaşdırılmış yeşiklərə etiket yapışdırılır, yəni markalanır. Burada ədviyyat, bitki çayları və dərman bitkilərinin sortu, netto və brutto çəkiləri (netto-yalnız malın çəkisi, burttomal və qabın birlikdə çəkisi), qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunur.
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri, o cümlədən çoxillik bitkilərin məhsulu 50-200 qramlıq dəstələrə bağlanır (şəkil). Dəstə bağladıqda köklər bir tərəfə, yarpaqlar digər tərəfə düzülür, bağlamaq üçün söyüd çubuqlardan, kəndirdən, çildən, yumşaq alüminium məftildən, sintetik liflərdən və s. istifadə olunur. Dəstə bağlanmasa məhsul tez əzilir, yarpaqlar köklərə qarışıb çirklənir. Lakin dəstə bağlamağa çox əmək sərf edilir.
Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin az miqdarını isti havalarda qarğı, söyüd, gərməşov çubuğundan düzəldilən səbətlərdə açıq havalarda daşımaq çox əlverişlidir. Bu səbətlər 10-50 kq-lıq olmaqla, yaxşı havalanırlar. Göyərtinin bu cür səbətlərdə qablaşdırılaraq daşınması daha yararlıdır.
Son zamanlar istər yarpağından istərsə də kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılmasında polietlen torba və vakumlardan geniş istifadə edilir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri daşınması. Ədviyyat, bitki çayları və dərman bitkilərinin istehlakçıya keyfiyyətli halda çatdırılması işində daşınmanın əhəmiyyəti böyükdür. Çünki, ədviyyat, bitki çayları və dərman bitkiləri respublikanın iri sənaye şəhərlərinə əsas istehsal bölgələrindən aparılır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin daşınmasında tətbiq edilən tara növləri məhsulun quruluşundan asılı olaraq müxtəlifdir. Bu məhsul, əsasən 3 qaydada - taralarda, tarasız və konteynerlərdə daşınır.
Ədviyyat, bitki çayları və dərman bitkiləri dəmir yolu, su, avtomobil və habelə hava nəqliyyatında daşınır, ən çoxu isə dəmir yolundan istifadə edilir. Bu məqsəd üçün adi örtüklü vaqonlar, germetik vaqonlar yararlıdır. Adi örtüklü vaqonlarda içəriyə temperatur verilmir. Buranın temperaturu bayır havanın temperaturundan asılıdır. Məhsul belə vaqonlarda yaxın məsafəyə daşınır. Bu vaqonlardan, əsasən yay aylarında istifadə edilir. Payız aylarında ədviyyat, bitki çayları və dərman bitkilərinin daşınmasında -2 0C-yə qədər şaxta olduqda ventilyasiyadan istifadə edilir. Xarici mühitdə şaxta 5 0C-dən az olduqda tərəvəzin üstünü örtürlər. Örtük kimi pambıq odeyallardan, qalın kağızdan və samandan istifadə edilir.