müəyyən edilərkən ətliyin yetişməsinə, şirəliyinə, rənginə, boşluğun olmasına, kobudluq və zərifliyə, fikir verilir.
İrilik (həcm) - ədviyyat, bitki çayları və dərman bitkilərinin ən böyük en kəsiyinin diametrinə və ya kütləyə görə müəyyən edilir. Əksər ədviyyat, bitki çayları və dərman bitkiləri üçün ən qısa və ən uzun diametr müəyyən edilir. Ölçüyə görə çeşidləmə məhsulun qablaşdırılmasını asanlaşdırır.
Ölçüyə görə çeşidləmə - ədviyyat, bitki çayları və dərman bitkiləri keyfiyyətinə görə çeşidləndikdən sonra ölçüyə görə çeşidləmə aparılır, yəni məhsul kalibrləşdirilir. Bəzən kalibrləşdirici maşınlardan istifadə edilir və iri, orta və xırda olmaqla ən azı 3 ölçüdə çeşidlənir. ədviyyat, bitki çayları və dərman bitkiləri əmtəə etimalına onların qəbulu, çeşidlənməsi, qablaşdırılması və markalanması aid edilir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri yığıldıqdan sonra təxmini olaraq yoxlanılır və müvafiq standart əsasında sortlaşdırılır. Bu məqsədlə üzərində olan torpaq qurudulur. Kökümeyvəlilər torpaqdan təmizlənir, havada qurudulur və kötük hissəsi 1 sm qalmaq şərtilə kəsilir.
Həm tarlada (yığılan vaxt) həm də kötük hissə kəsilən zaman standarta görə sortlara ayrılır. Bürüşməsin deyə, saman və ya ağac kəpəyi ilə qablaşdırılır.
7.3. Ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılması və daşınması qaydaları
Ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılması. Başqa yeyinti məhsulları kimi, ədviyyat, bitki çayları və dərman bitkiləri də keyfiyyətli halda istehlakçıya çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə malikdir. Ədviyyat, bitki çayları və dərman bitkiləri qablaşdırılmasında müxtəlif taralardan istifadə olunur. Taralarda daşınma və saxlanma zamanı itki azalır və məhsul yaxşı qalır. Bu məqsədlə müxtəlif yeşiklərdən, səbətlərdən, kisələrdən, habelə konteynerlərdən istifadə edilir.
Şəkil Qablaşdırma materialları