2. Adi yığım dövrü. Bu dövrdə yığılan tərəvəzin tərkibində qidalı və dadlı maddələrin əksəriyyəti toplanır. Məhsulun forma və ölçüsü müvafiq sorta uyğun olur. Lakin kökmeyvənin keyfiyyəti (dadı, iyi, onun tərkibində şəkərlərin miqdarı, konsistensiyası və s.) tamamilə formalaşmır. Saxlanılma zamanı bu kökmeyvələrdə yetişmə davam edir və istehlak dəyərinə malik olurlar.
3. Texniki yığım dövründə emal üçün istifadə olunacaq ədviyyat, bitki çayları və dərman bitkiləri yığılır.
4. Fizioloji yığım dövründə toxumluq üçün istifadə ediləcək məhsul yığılır.
Ədviyyat, bitki çayları və dərman bitkiləri məhsulunun yığımı adətən istehlak üçün və adi yığım dövründə həyata keçirilir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin texniki yığım dövrü dedikdə bitkinin toxumladığı dövr başa düşülür və konserv sənayesində geniş istifadə edilir.
Müasir kənd təsərrüfatı istehsalında ədviyyat, bitki çayları və dərman bitkiləri məhsullarını əsasən maşınla yığırlar. Həmin maşınların miqdarı ilbəil artır və iş rejimi təkmilləşdirilir. Lakin hələlik ədviyyat, bitki çayları və dərman bitkilərinin əl ilə yığılıb çeşidlənməsi geniş tətbiq edilir. Bu zaman sahədə işləri asanlaşdırmaq üçün transpartyordan istifadə edirlər (Şəkil 1).
Yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri (kahı, şüyüd, razyana) əllə biçilib yığılır. Bu bitkilər torpağın səthindən 2-4 sm, razyana isə 4-7 sm yuxarıdan kəsilir. Şüyüd, kişniş, cəfəri, kərəviz sıx olduqda bitkilər hissə-hissə kökü ilə birlikdə çıxarılıb dəstə-dəstə bağlanır, yaxud səbətlərə, dərin olmayan yeşiklərə kökləri bir tərəfə olmaqla yığılır.
Yığım və emal maşınlarının quruluşu yığılacaq məhsulun bioloji xassələrinə görə müəyyən edilir. Bu zaman ədviyyat, bitki çayları və dərman bitkilərinin mexaniki quruluş xassələri, toxumaların sıxlığı, tərəvəzin sıxılmaya müqaviməti, sürtünmə və s. nəzərə alınır. Qeyd etmək lazımdır ki, maşınla yığımda mexaniki zədələnmə halları çoxalır. Ona görə də mövcud maşınların yeniləşdirilməsinin, maşınla yığmaq üçün yeni perspektiv tərəvəz sortlarının seçilib becərilməsinin və eləcə də yeni konstruksiyalı maşınlar yaradılmasının böyük əhəmiyyəti vardır. Yığım və çeşidləmə zamanı məhsulun keyfiyyətinə təsir edən əsas amillər tətbiq olunan maşının quruluşu və optimal yararlılığı, temperatur, çeşidləmə müddəti və eləcə də yığımın dövrü və müddətidir. Ədviyyat, bitki çayları və dərman bitkiləri məhsulları tarlada, həm də xüsusi məntəqələrdə çeşidlənir. Bu işin vaxtlı-vaxtında və düzgün texnoloji qaydada aparılması mühüm əhəmiyyətə malikdir.