- | Məhsul itkisini azaltmaq üçün bitkinin biologiyasına və keyfiyyt göstəricilərinə uyğun saxlanma metodunu müəyyən edəcəksiniz; |
- | Sadə saxlayıcılarda ədviyyat, bitki çayları və dərman bitkilərinin saxlanması qaydasını biləcəksiniz; |
- | Saxlanılan ədviyyat, bitki çayları və dərman bitkilərindən asılı olaraq ixtisaslaşmış saxlayıcıların nizamlanması qaydasını öyrənəcəksiniz; |
- | Ədviyyat, bitki çayları və dərman bitkilərinin etibarlı saxlanması üçün müxtəlif emal metodlarını tətbiq edə biləcəksiniz. |
MƏQSƏD
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində yayılan xəstəlik və zərərvericiləri əlamətlərinə görə tanıyacaq və onlara qarşı mübarizə tədbirlərini həyata keçirə biləcəksiniz.
ARAŞDIR
Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində yayılan xəstəlik və zərərvericiləri təyin edərkən və onlara qarşı mübarizə tədbirlərini həyata keçirərkən nələrə diqqət edilməlidir? Araşdırın.
7.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsulunun yığım vaxtı və üsulları
Ədviyyat, bitki çayları və dərman bitkilərinin yetişməsi zamanı onların tərkibində biokimyəvi proseslər gedir. Bu proseslər nəticəsində kimyəvi tərkibi və fiziki xassələri dəyişir, sortun botaniki xüsusiyyətlərinə uyğun forma, ölçü, rəng, dad və ətir kəsb edir. Yetişmə zamanı ədviyyat, bitki çayları və dərman bitkiləri kütləcə artır, ölçücə böyüyür. Ədviyyat, bitki çayları və dərman bitkilərinin yetişməsi zamanı kimyəvi tərkibində gedən dəyişikliklərin öyrənilməsi, məhsulun yığımının, saxlanılması və eləcə də emalının optimal müddətinin düzgün müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan yığım dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım dövrü müəyyənləşdirilərkən yığımdan sonra məhsulun yetişə bilmə qabiliyyəti nəzərə alınmalıdır.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı bitkilərin məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri də adlanır. Yığım (yetişmə) dövrləri aşağıdakılardır:
1. İstehlak üçün yığım dövrü. Bu dövrdə yığılan ədviyyat, bitki çayları və dərman bitkiləri xarici görünüşünə, ətrinə, dadına və konsistensiyasına görə maksimum keyfiyyətə malik olmalı, həmçinin forması, rəngi və ölçüsü sorta uyğun olmalıdır. Bu dövrdə yeyilməyə yararlı tərəvəzi yığırlar.