Ədviyyatların qida məhsullarının tərkibinə daxil edilməsi onların dadını və tamını kəskin surətdə dəyişdirir. Ədviyyatların alındığı bitkilərə "Ədviyyat bitkiləri" deyilir. Ədviyyat bitkiləri yalnız yeməklərə, içkilərə qoxu, ləzzət və dadverici deyil, çay olaraq və tibbi məqsədlər üçün də istifadə edilirlər (Şəkil 1.2.).
Şəkil 1.2. Ədviyyat bitkilərinin çay olaraq və tibbi məqsədlər üçün istifadəsi
Ədviyyat bitkilərinin əksəriyyəti uzunömürlü və ekzotik mənşəli olub Uzaq Şərqin tropikal bölgələrində yetişir. Gözəl çiçəklər açarlar və görünüş etibarilə bəzək bitkilərini xatırlatdığından dekorativ məqsədlər üçün də istifadə edilməkdədirlər (Şəkil 1.3.).