Tərəvəzçilikdə zərərverici həşəratlara qarşı tərkibində bir çox mikroorqanizmlər olan biopreparatlar geniş tətbiq edilir (Nematofagin, Vertisillin, Boverin, Aktofıt. Pentafaq - J. planriz, Qaupsin, Bitoksi batsillin, Lepidotsid, Bakterio dentisid).
Tərkibində bir çox zərərverici həşəratlara, xüsusən, sovkaya qarşı parazit mikroorqanizmlər olan biopreparat bitoksi basilin hesab olunur (sərfiyyat norması 3-4 kq/ha). Mənənəyə qarşı tərkibində Bacillus thuringiensis bakteriyası olan biopreparatlardan istifadə olunur. Bacillus thuringiensis əksər zərərvericilərin paraziti hesab olunmaqla onların həzm orqanlarını məhv edərək öldürücü təsir göstərir. Arthrobotris oligospora göbələyi nematodla mübarizədə istifadə edilir.
Fitofaqlar. Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı quşlardan və ev toyuqlarından istifadə edilir (Şəkil 3).
Tüfeyli həşəratlar - kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində tüfeyli həşəratların böyük rolu vardır (Trixoqrama, Enkarziya, Afıdius, Qallitsa afidimiza, Noeseyulyus və Fitoseyulus).
Zərərvericilərə qarşı mübarizə-də tüfeylilərdən istifadə edilməsi o zaman yaxşı fayda verir ki, təbiətdə tüfeylilərin həyat fəaliyyəti üçün əlverişli şərait olsun. Bunu nəzərə alıb ilk növbədə zərərvericilər əleyhinə yerli tüfeylilərdən istifadə edilməlidir.
Yerli tüfeyli həşərata misal olaraq yumurta yeyən trixoqrammanı, habrobrakon minicisini, telenomusu, apantelesi və s. göstərmək olar.
Trixoqramma olduqca kiçik həşərat olub 0,5-0,8 mm uzunluqdadır. Tüfeyli zərərverici həşəratların yumurtaları ilə qidalanır. Bu tüfeyli həşərat yumurtasını müxtəlif kəpənəklərin yumurtası içərisinə qoyur. Tüfeylinin qoyduğu yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyib, onu məhv edir.
Telenomus tüfeylisi ziyankar bağacığın yumurtasını yoluxdurur. Daxili tüfeylidir.
Afelinus tüfeylisi qanlı mənənəni yoluxdurur. Bir dişi tüfeyli 100-ə qədər yumurta qoya bilir. Qanlı mənənənin yetgin fərdlərinin daxili tüfeylisidir.
Habrobrakon minicisi - bu tüfeyli yerli tüfeyli olmaqla, əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancıb iflic edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir.
6.4. Pestisidlərdən istifadə qaydaları və bitkiçilikdə tətbiq edilən ekoloji tələblər
6.4.1. Pestisidlərdən istifadə qaydaları
1. Pestisidlərlə işlədikdə texniki təhlükəsizliyə görə məsuliyyət sahibkarın öz üzərinə düşür.