Gülümbahar | Bitkinin toxumlarından | Həlim bitkilərin becərilməsi | 200 qram toxumun üzərinə 10 litr qaynar su tökərək 24 saat saxlayırlar. Soyumuş məhlulu süzərək istifadə edirlər. Tərəvəz bitkiləri əkilən sahələrin cərgə aralarında gülümbaharın becərilməsi. |
At əvəliyi | Köklərindən | həlim | 300 qram doğranmış kökün üzərinə 10 litr qaynar su tökərək 2-3 saat saxlayırlar. Soyumuş məhlulu süzür və dərhal istifadə edirlər. |
Acılıq otu | Yerüstü orqanların üyüdülmüş kütləsindən | həlim | 4-6 ədəd xörək qaşığı kütləni 10 litr suda həll edərək istifadə edirlər. |
Dağ tərxunu | Çiçəklərindən | üyüdülmüş kütlə | Qurudulmuş kütləni üyüdür və bitkiləri tozlayırlar |
Biyan, acı paxla, bat- bat, reyhan, iris, dağ laləsi, kəklikotu, berqamot | Bütün yürüstü orqanlarından | həlim | 5 qram qurudulmuş kütləyə 150 ml qaynar su əlavə olunaraq 6-8 saat saxlanılır. Soyumuş məhlul süzülür və 10 litr su və 40 qram təsərrüfat (paltar) sabunu əlavə olunaraq istifadə edilir. |
Mahmızçiçək | Kök və yarpaqlarından | cövhər | 1 kq doğranmış kütlənin (kök və yarpaq) üzərinə 10 litr qaynar su tökürlər və iki gündən sonra süzürlər. Süzülmüş məhlul dərhal istifadə olunur. Çiləmədən əvvəl hər 10 litrə 40 qram təsərrüfat sabunu əlavə olunur |
Yadda saxla! Həlim və cövhərlər saxlanma vaxtı, xüsusən yayda tez keyfiyyətini itirir. Ona görə də onlar istifadə ediləndə hazırlanmalıdır.
Unutma!
- | Fitonsid xüsusiyyətli bitkilərdən zəhərli maddələr xırda doğranmış halda daha təsirli olur, ona görə də dərman hazırlanarkən yarpaq, çiçək və bitkinin yumşaq hissələri 5 millimetr, bitkinin kolu, kökü 3 millimetr, toxumu 0.5 millimetr ölçüsündə xırdalanmalıdır; |
- | Dərmanın çiləmə vaxtı daha yaxşı yapışması üçün ona adi təsərrüfat sabunu qatılmalıdır. |
Bioperaparatlar. Ədviyyat, bitki çayları və dərman bitkilərinin bir çox xəstəliklərinə qarşı mübarizə məqsədilə biopreparatlardan istifadə olunur. Tərkibində baccilius subtillis, pseudomonas fluorescens bakteriyaları, Trichoderma lignorum göbələyi olan biopreparatlar toxumların dərmanlanmasında və kökdən yemləmə şəklində istifadə edilir. Trichoderma lignorum göbələyi 60 növ xəstəlik törədən göbələklərə qarşı mübarizə məqsədilə tətbiq edilir.