Fitonsidlər. Xəstəliklərə qarşı istifadə edilən müxtəlif bitki mənşəli maddələrdən olan fitonsidlər xüsusi əhəmiyyəti ilə seçilir (Şəkil 2). Fitonsid bitkilərin özlərini kənar təsirlərdən qoruması üçün ifraz etdikləri xüsusi maddələrdir. Bu maddələr xəstəlik törədicilərinin bitkiyə daxil olmasına imkan vermir, başqa sözlə bitkilərdə əsaslı immunitet yaradır. Fitonsidlərin bitkilərdən alınaraq xəstəliklərə qarşı istifadə edilməsi bioloji mübarizə üsullarından biri hesab edilir. Bu məqsədlə fitonsidlik qabiliyyəti olan bitkilərin cövhəri alınır və müxtəlif üsullarla xəstəliklərə qarşı istifadə edilir.
Andız, at şabalıdı, acı paxla, başınağacı, dağ laləsi, çətənə (kənaf), ayı soğanı (çöl sarmaşığı), başlıq otu, acılıq otu, berqamont, dağ turpu, batbat və cır şalğam bitkilərin həlimindən isə mikroorqanizmlərə (göbələk, virus, bakteriyaya) qarşı mibarizə məqsədilə istifadə edilir.
Qeyd edilən fitonsid bitkilərdən həlim və cövhərlərin hazırlanma qaydasını Sizə təqdim edirik.
Bitkilər | İstifadə olunan orqanlar | İstifadə forması | Hazırlanma və istifadə olunma qaydaları |
Acı yovşan | Çiçəkləmə dövrü yığılmış bütün yerüstü hissədən | cövhər | Bir kiloqram qurudulmuş kütlə 10-15 dəqiqə qaynadılır. Soyudulmuş cövhər süzülür və 10 litr olanadək su əlavə olunur. Hər 10 litr məhlula 40 qram təsərrüfat (paltar) sabunu əlavə olunur. |