Septarioz (Sertoriya retroselini Desm.). Xəstəlik geniş yayılmışdır. Onunla cəfəri, kərəviz, şüyüd, həmçinin nanə və reyhan yoluxurlar. Cücərti və yaşlı bitkilərdə yarpağın hər iki tərəfində ləkələr əmələ gəlir. Toxumlarda yoluxa bilirlər. Xəstəlik törədicidən asılı olaraq ləkə sarı yaşıldan qonur rəngə qədər olur. Xəstəlikdən əsasən yarpaqlar əziyyət çəkir. Yoluxmuş yarpaqlar saralır və soluxur. Yoluxma yüksək nəmlikdə və 22-27 0C temperaturda baş verir.
Mübarizə tədbirləri
- | Bitkinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. |
Ramulyarioz. Bitkinin inkişafının bütün fazalarında yarpaq, saplaq, gövdə və çiçək qrupunu sirayətləndirir (yoluxdurur). Yoluxan yarpaqlarda qonur ləklər əmələ gəlir. Sonra ləkələr böyüyərək quruyur və bütün yoluxmuş orqanları əhatə edir. Güclü sirayətlənmə 90-95 % nisbi rütubətdə və yağışlı havalarda baş verir.
Mübarizə tədbirləri
- | Vegetasiya dövründə bitki xəstə yarpaqlardan təmizlənməlidir. |
- | Bitki becərilən sahə yumşaldılmalı, seyrəltmə aparılmalı və ağac külü verilməlidir. |
- | Çiçəkləməyə qədər “Zaslon” bioperatından istifadə edərək çiləmə aparılmalıdır (1 litr suya 15 qram). |
Yalançı unlu şeh (Plazmapara nieva Schroet). Xəstəlik yüksək rütubətli olan rayonlarda geniş yayılıb. Yarpaqların alt tərəfində ağ örtük müşahidə edilir. Bu örtüklər yarpağın üst tərəfində əvvəlcə sarıtəhər, sonra qəhvəyi ləkələr əmələ gəlir. Güclü yoluxan yarpaqlar soluxur və quruyur. Xəstəlik kərəvizkimilərin toxumları üçün də təhlükəlidir. Xəstəlik törədicinin inkişafı üçün yüksək nisbi rütubət (85-90 %) və 15-25 0C mülayim temperatur tələb edilir.
Mübarizə tədbirləri
- | Toxumluq sahələrdə 1%-li bordo mayesi və ya onun əvəzediciləri olan funqusidlərlə çiləmələr aparmaq lazımdır. |
Fuzaryoz. Soluxma xəstəliyidir. Vegetasiyanın başlanğıcından sonuna qədər davam edir. Xəstəlik yarpaqları sirayətləndirir. Filqə yarpaqların sirayətlənməsi daha təhlükəlidir. Göstərilən orqanlarda damarın və ona yaxın toxumaların saralması müşahidə olunur. Adətən sirayətlənmiş cücərtilər qonurlaşır, büzüşür və quruyur. Erkən yoluxmuş bitkilərin buğumarası qısalır, kökboğazına yaxın hissə qalınlaşır.