GİRİŞ
Hörmətli oxucu!
“Ədviyyat, bitki çayları və dərman bitkiləri” adlı modul dərs vəsaiti və burada izah olunan mövzular modulun spesifikasiyasını əhətə etməklə ilk peşə-ixtisas təhsili müəssisələrində tərəvəz ustası ixtisası üzrə mütəxəssislərin hazırlanmasına uyğundur.
Tərtib edilmiş modul dərs vəsaitinin tədrisi nəticəsində tərəvəz ustası mütəxəssisi ixtisaslarında təhsil alanlar gələcəkdə tərəvəz bitkilərinin bioloji xüsusiyyətləri, becərilmə qaydaları, istifadəsi, müxtəlif cəhətlərinə görə qruplaşdırılması, iqtisadi səmərəsi, çoxaldılması və hibridləşdirilməsi, toxumçuluğu, alaqları, onlara qarşı mübarizə tədbirləri, məhsulun istifadəsi, satış imkanları və s. məsələlər haqqında kifayət qədər bilik və bacarıqlara yiyələnəcəklər. Təhsilalanlar əldə etdikləri məlumatların köməyi ilə nəzəri və təcrübi biliklərini genişləndirə və gələcək təsərrüfat fəaliyyətlərində tətbiq edə biləcəklər.
“Ədviyyat, bitki çayları və dərman bitkiləri” adlı modul dərs vəsaitində respublikamızda yayılmış tərəvəz bitkilərinin yabanı və mədəni növləri, forma, hibrid və sortları, onların təyini, bioloji xüsusiyyətləri, xalq təsərrüfatında əhəmiyyəti, çoxalma və seleksiya yolu ilə artırılması, tez-tez rast gəlinən alaq otları, onların təyini, nomenklaturası, uyğun təsnifatlaşdırılması, alaq otlarına qarşı mübarizə tədbirləri, bitki orqanlarının yararlılığı, bitkilərin sistematik təsnifatı və qruplaşdırılması, məhsulun yığımı, saxlanılması, təzə və emal edilmiş halda istifadəsi və s. məsələlərı ətraflı şərh edilmiş, mövzulara uyğun sərbəst işlər, nəzəri və praktiki tapşırıqlar verilmişdir.
Təhsilalanlar əldə etdikləri məlumatların köməyilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə bilərlər. Modulda ədviyyat, bitki çayları və dərman bitkilərinin əkini, becərilməsi və istifadəsindən bəhs edilir.
Modul beş bölmədən ibarətdir. Bölmələrdə ədviyyat, bitki çayları və dərman bitkiləri əkini üçün düzgün torpaq, iqlim şəraitinin müəyyən edilməsi, onun əkinə hazırlanması, düzgün əkin materialının seçilməsi, bitkilərə lazımi aqrotexniki qulluq göstərilməsi, yığım vaxtının dəqiq təyin olunması, keyfiyyətli istehsal texnologiyası ətraflı izah olunur. Hər bir bölmənin sonunda mövzuya aid praktiki tapşırıqlar və nəzəri biliklərin qiymətləndirilməsi üçün suallar verilmişdir.
Ümid edirik ki, bu modul ədviyyat, bitki çayları və dərman bitkiləri əkini və becərilməsi üzrə ixtisaslaşan təhsilalanlar üçün faydalı olacaq. Modulda ədviyyat, bitki çayları və dərman bitkiləri əkini sahəsinə aid həm nəzəri, həm də praktiki məlumatlar var. Bu moduldan ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun hesab edilir.