Bu nəticə qeyd edir ki, bir sıra milli hökumətlərin səylərinə baxmayaraq standartlar son məhsulda kimyəvi qalıqların və ya başqa keyfiyyət göstəricilərinin təyin edilməsini təmin etmir. Ekoloji məhsullar standartları istehsal sisteminə əsaslanmalıdır - yəni yalnız belə olan halda ekoloji məhsul istehsalına zəmanət verilə bilər. Eyni zamanda məhsulun üzərində onun istehsal mənbəyini təsvir edən dəqiq markalanma olmalıdır: məsələn, “ekoloji təsərrüfatçılıq sisteminındə istehsal olunmuş” və ya “ekoloji üsullarla becərilmiş ərzaqlar” kimi təsvirlər çox hallarda istehlakçıları aldatmaq üçün istifadə olunan “ekoloji ərzaq” markalanmasına nisbətən daha az nəzəri cəlb etməsinə baxmayaraq, qarışıqlıq və anlaşılmazlığa səbəb olmamaq üçün daha çox münasibdir.
Eko-məhsulların sertifikatlaşdırılması nə üçün lazımdır?
Son dövürdə daha çox istehlakçılar ekoloji məhsula maraq göstərirlər, çünki onlar öz sağlamlıqları barəsində narahat olur, ətraf mühitin qayğısına qalırlar. Onlardan bəziləri ekoloji məhsul üçün hər hansı yüksək qiyməti ödəməyə hazırdırlar. Digər tərəfdən daha çox fermerlər ekoloji kənd təsərrüfatına müxtəlif tələblərdən keçirlər. Bəzi fermerlər öz ekoloji məhsulları üçün yüksək qiymətə ümid edirlər, çünki gərgin əmək sərf edərək onlar az məhsul əldə edirlər. İstehlakçı aldığı məhsulun həqiqətən də ekoloji istehsalın məhsulu olduğuna əmin olmaq istəyir. Bioloji fermerin «ekoloji» sözündən yalan yolla istifadə edərək, onu düzgün olmayan rəqabətə cəlb edən digər fermerlərdən qorunmağa ehtiyacı var. Bu səbəbdən də sertifikatlaşmaya böyük ehtiyac var.
“Ekoloji təmiz kənd təsərrüfatı” haqqında AR Qanununa uyğun olaraq ekoloji nəzarət və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar dövlət və ya xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən akkreditasiya olunurlar və ayrı-ayrılıqda fəaliyyət göstərirlər.
Sertifikatlaşdırma orqanları aşağıdakı tələblərə cavab verməlidirlər:
1. kənd təsərrüfatı və ərzaq məhsullarının, xammalın, torpaq, su, hava, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;
2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə məşğul olmamalı.
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnspeksiya əgər ekoloji fermer öz məhsulunun sertifikat almasını istəyirsə, ildə heç olmasa bir dəfə yoxlamadan (inspeksiya) keçməlidir. İnspektor təsərrüfat fəaliyyətinin mənzərəsini fermerin dediklərinə, göstəricilərə, sahələrin vəziyyətinə, heyvandarlığa və təsərrüfat quruculuğuna əsasən qiymətləndirir. O yoxlayır ki, verilən məlumatlar və nəticələr dəqiq və inandırıcı olsun. Öz borcunu vicdanla yerinə yetirmək məqsədi ilə inspektor laborator yoxlama aparmaq üçün nümunələr götürür və sonra müstəqil yoxlamalar aparır. Bununla belə verilən faktlara, məlumatlara şübhə olduqda və ya qadağan olunmuş üsullarla çirklənmə faktları qeyd edildikdə laborator analizlər yoxlamanın bir forması olaraq aparılır.