Mineral azotun intensiv istifadə olunduğu ərazilərdə mövcud olan qrunt sularında nitratların toplanması halları daha çox nəzərə çarpır. Yeraltı sular hesabına formalaşan şirin su hövzələrində nitratların toplanması sanitar-gigiyenik problemlər yaradır. Nəzərə alsaq ki, bir çox ölkələrin dövlət standartlarına uyğun olaraq içməli suyun tərkibində olan nitratların buraxıla bilən həddi 25-45 mq/l qəbul edilmişdir, onda şirin suyun tərkibində qeyd olunan həddən artıq nitratların toplanması sanitar gigiyenik baxımdan olduqca təhlükəli hesab olunur.
Mineral gübrələr torpağın ağır metallarla və toksiki elementlərlə çirklənməsində əsas mənbə hesab olunur. Ağır və toksiki metallarla çirklənmiş torpaqlarda becərilmiş bitkilərdə bu elementlər məhsul vasitəsilə ilə insan və heyvan orqanizmlərinə keçərək sağlamlığa ciddi ziyan vurur.
Cədvəl 5.4
Ədviyyat, bitki çayları və dərman bitkilərində ağır metalların və radioaktiv maddələrin buraxıla bilən həddi, mq/kq
Ağır və radioaktiv elementlər | Ədviyyat, bitki çayları və dərman bitkiləri | Ağır və radioaktiv elementlər | Ədviyyat, bitki çayları və dərman bitkiləri |
Hg | 0,02 | Ni | 0,5 |
Cd | 0,03 | Se | 0,5 |
Pb | 0,5 | Cr | 0,2 |
As | 0,2 | Al | 30 |
Cu | 10 | Ft | 2,5 |
Zn | 10 | İ | 1 |
Fe | 50 | Ni | 0,5 |
Sn (qalay) | 200 | Se | 0,5 |
Sb (antimon-sürmə) | 0,3 | Cr | 0,2 |
Normadan artıq azot gübrəsi verməklə məhsulda nitratların toplanmasının əsas səbəbləri azot mübadiləsində və fotosintez prosesində tarazlığın pozulmasıdır. Deməli azotun normadan artıq bitkidə toplanması maddələr mübadiləsini pozur və nitratların miqdarı artır (məsələn, əksər ədviyyat, bitki çayları və dərman bitkilərinin 1 kq məhsulunda nitratların buraxıla bilən həddi 150-400 mq təşkil edir).
Biz elektron nitratester cihazları vasitəsilə məhsulda nitratların miqdarını və onların buraxıla bilən həddi keçib-keçməməsini təyin edə bilərik.
Standartlar
Şəkil Nitrorester
Ekoloji üsullarla istehsal olunmuş qida məhsullarının faydası ekoloji cəhətdən və təmizlik keyfiyyəti baxımından xarici görünüşünə görə son məhsulda birbaşa bilinmir. Əgər istehlakçı ekoloji məhsulu almaq qərarı vasitəsilə ilə ekoloji cəhətdən sağlam və davamlı istehsala dəstək vermək istəyirsə, onda bu məhsulların keyfiyyətinin aşkara çıxardılmasının digər təsdiqləyici formaları tələb olunur. Ekoloji məhsulların istehsalçılarını hüquqlarını qorumaq lazımdır, çünki əks halda adi üsulla istehsal olunmuş ərzaqlar yenidən qablaşdırıla və ekoloji təmiz məhsul kimi satıla bilər. Standartlar üzrə aparılmış bütün müzakirələrin yekununda bir mühüm nəticə əldə olunmuşdur.