Üzvi gübrələrin verilməsi torpağı üzvi maddələrlə zənginləşdirir və aşağdakı müsbət nəticəyə nail olunur:
- | Torpağın bioloji fəallığı yüksəlir, üzvi və kimyəvi mənşəli qida maddələrinin mənimsənilməsi, həmçinin zəhərli maddələrin dağılması prosesi güclənir; |
- | Mikoriza göbələyinin fəaliyyəti güclənir, fosforun mənimsənilməsi yaxşılaşır; |
- | Torpağa daxil edilən kompost xəstəlik törədən mikroorqanizmləri məhv edir; |
- | Torpaq strukturunun yaxşılaşması nəticəsində kök sisteminin inkişafı güclənir; |
- | Humus qida maddələrinin mübadilə tutumunu artırır və torpağın turşulaşmasına yol vermir. |
Bitki qidalanmasında İFOAM-ın əsas standartları (Təbii-üzvi Kənd Təssərrüfatı Hərəkatının Beynəlxalq Federasiyası)
5.3.1. | Orqanik ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalı haqqında məlumat, mineral gübrələrin məhsulda qalıq təsiri, onların normaları və məhsulun sertifikatlaşdırılması |
Orqanik ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalının əsas mahiyyəti növbəli əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsi, btkilərin xəsrəlik və zərərvericilərə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbiqi, gübrələrin, herbisidlərin, boy stimulyatorlarının, əlavə qarışıqların azaldılması və s. prinsipinə əsaslanır. Mineral gübrələr tələb olunan normadan artıq tətbiq edilərsə, bu bir sıra aqro-ekoloji və sanitar-gigiyenik problemlər yaradır.
Normadan artıq gübrələmə apardıqda mineral gübrələrin torpaqda qalıq təsiri hesabına torpağın münbitlik göstəriciləri pisləşir. Həmçinin, torpaqda qalan mineral gübrələr atmosferi və hidrosferi çirkləndirir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olur. Torpağa verilən mineral gübrələrin bitkilərin tərkibində qalıq təsiri nəticəsində məhsulun keyfiyyəti pisləşir. Nəticədə, sanitar-gigiyenik normalara cavab verməyən, ekoloji cəhətdən çirkli məhsullar istehsal olunur. Bu da insanların və kənd təsərrüfatı heyvanlarının sağlamlığına mənfi təsir göstərir.
Aparılan tədqiqatların nəticələri göstərir ki, torpağa verilən azot gübrələrinin yalnzı 40%-i bitkilər tərəfindən mənimsənilir, qalan hissəsi qaz birləşmələri şəklində atmosferə qalxır və ya mütəhərrik halda torpaq horizontları ilə aşağıya doğru yuyulır.