Onu da qeyd edək ki, damcıvari suvarma üsulu ilə suvarılan tərəvəz sahələrində gübrələmə damcı üsulu ilə həyata keçirilir.
Ümumiyyətlə, peyin, fosfor və kalium gübrələrinin illik normasının 60-70%-i dondurma şumu altına, qalan hissəsini vegetasiya dövründə əlavə gübrələmədə, xüsusilə yemləmə şəklində, azot gübrələrinin isə yazda verilməsi məqsədə uyğundur.
Gübrələmə sistemini tərtib etmək üçün məhsul götürüldükdən sonra hər sahədən dioqanal üzrə torpaq nümunələri götürülür və şum qatında əsas qida maddələrinin miqdarı hər kq torpaqda milliqramla müəyyən edilir. Əkiləcək bitkinin planlaşdırılan məhsulu və torpaqda qida maddələrinin mövcud miqdarı əsasında hektara gübrə norması müəyyən edilirək, N, P və K- un ümumi miqdarı hər kq torpaqda qəbul olunmuş normaya çatdırılması nəzərdə tutulur. Hektara təsiredici maddə hesabı ilə qida maddələrinin norması müəyyən edildikdən sonra gübrənin cəmi miqdarı, daha sonra onun əsas şum altına, səpinqabağı (səpinlə və əkinlə) və vegetasiya dövründə verilən miqdarı hesablanır (hər hektar ya da h ər m2 sahəyə).
Tələb olunan gübrə miqdarı əkiləcək ədviyyat, bitki çayları və dərman bitkilərinə müəyyən edilmiş təsiredici maddə hesabı ilə qida maddələri normasından və həmin maddələrin müxtəlif üzvi və mineral gübrələrin tərkibində olan miqdarından asılı olaraq müəyyən edilir.
Müəyyən edilmişdir ki, 1 t peyinin tərkibində təsiredici maddə hesabilə 2 kq N, 4 kq P2O5, 5 kq K2O; çürüntüdə - müvafiq olaraq həmin maddələr 3 kq, 6 kq və 10 kq; quş peyinində - 10 kq, 25 kq və 9 kq-dır.
Mineral gübrələrdən ammonium şorasında 34%, ammonium-sulfatda 20,5%, karbamiddə 46%, amofosda 11% azot; adi superfosfatda 19%, ikiqat superfosfatda 46%, ammofosda 44% fosfor; kalium-xlorda 52%, kalium duzunda (K2CO3) 40% K vardır.
Təsiredici maddə hesabı ilə gübrələrin tərkibində azotun, fosforun və kaliumun miqdarını bildikdən sonra hər hansı gübrəyə olan tələbatı aşağıdakı düstur vəsitəsi ilə hesablayırlar:
Burada: T - tələb olunan gübrənin miqdarı (fiziki çəki) (kq),
A - təsiredici maddə hesabı ilə tələb olunan maddənin miqdarı (kq).
C - veriləcək gübrənin tərkibində təsiredici maddənin miqdarı (kq).
Məsələn: hektara təsiredici maddə hesabı ilə 90 kq fosfor (P205) verilməsi tələb olunur. Əgər superfosfat gübrəsindən istifadə edilərsə, onda gübrə miqdarı aşağıdakı kimi müəyyən edilir:
Sadə superfosfat fiziki çəkidə hektara 473 kiloqram verilməlidir.
Hesablamanı tənasüb qurmaqla da həyata keçirmək olar.
Gübrə miqdarına görə təsiredici maddə miqdarı aşağıdakı düsturla müəyyən edilir: