Azotlu gübrənin torpaqda artıqlığı isə kökündən istifadə edilənlərin keyfiyyətini və saxlanma qabiliyyətini aşağı salır və nitatların kökmeyvəsinə toplanmasına səbəb olur. Bu səbəbdən də gübrələrin tətbiqi yayın birinci yarsında həyata keçirilməlidir. Onu da qeyd edək ki, azotlu gübrələr fosforlu gübrələrlə birlikdə tətbiq edilməzsə effektiv alınmaz.
Mineral gübrələr
5.1.5. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin gübrələmə sistemi və Texnikası |
Gübrələnmə sistemi - torpaq münbitliyinin yaxşılaşdırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi məqsədilə gübrələrin səmərəli istifadəsi üzrə aparılan aqrotexniki və təşkilatı tədbirlər kompleksidir.
Müəyyən təsərrüfat üçün gübrələnmə sistemi tətbiq edəndə növbəli əkində ayrı-ayrı bitkilər üçün üzvi nə mineral gübrələrin normasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək çox mühüm məsələdir. Gübrələmə verilmə vaxtına görə 3 qrupa bölünür: