5.1.3. | Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində istifadə edilən makro və mikro elementlər |
Ədviyyat, bitki çayları və dərman bitkiləri makro və mikroelementlərə müəyyən tələbat göstərirlər.
Azot (N) - bitkinin vegetativ hissələrinin - boyunun sürətlə böyüməsini təmin edən əsas elementdir. Azot çatışmazlığı məhsuldarlığı məhdudlaşdıran (azaldan) əsas amillərdəndir. Lakin onun torpaqda normadan çox olması meyvə və toxumundan istifadə edilən bitkilərdə barverməni ləngidir. Azotlu gübrələrdə azotun miqdarı amonium şorasında 34,6%, amonium sulfatda 21%, sidik cövhərində (karbamid) 46% təşkil edir.
Fosfor (P) - yetişməni tezləşdirir, məhsuldarlığı və məhsulun keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Fosforla optimal qidalanma şəraitində bitkilərin kök sistemi torpağın dərin qatlarına daha yaxşı gedir. Bu isə bitkilərin qida maddələri ilə yaxşı təmin olunmasına şərait yaradır. Ayrı-ayrı fosforlu gübrələrdə P2O5 aşağıdakı miqdardadır; sadə şorbaerfosfat-14-19,5%, dənəvər şorbaerfosfat-19,5%, fosforit unu-19-23%, ikiqat şorbaerfosfat-38- 40%, sümük unu-30%.
Kalium (K) - qida maddələrinin bitkinin böyüyən orqanlarına sürətli hərəkətinə, kökündən istifadə edilən ədviyyat, bitki çaylar və dərman bitkiləri sulu karbonların, yarpaqlarda (CO2
mənimsəyərək) şəkər və nişasta toplanmasına, bitkinin xəstəliklərə, quraqlığa və soyuğa davamlılığına, tərəvəzin saxlanma keyfiyyətinin artmasına səbəb olur. Kalium çatlşmadıqda bir çox tərəvəz bitkiləri göbələk xəstəliklərinə asanlıqla yoluxur. Həmçinin, bitkidə qocalma kaliumun miqdarının azalması, kalsiumun miqdarının isə artması ilə əlaqədardır.
Kaliumlu gübrələrdə aşağıdakı qədər K2O vardır: kalium-xlorid- 53-57%, kalium- sulfat - 45-50%, kalium-şorası- 46,5%, kalium duzu- 30-40%, silvinit- 22-28%, odun külü- 7-8%.
Maqnezium (Mg) - xlorofil molekulunun tərkibinə daxil olub fotosintezdə iştirak edir. Əsasən kalium-mqnezium konsentratının tərkibındə vardır.