Bitkilər lazımi qidaları kifayət qədər ala bilmədikləri zaman, gözlə görünən çatışmazlıq əlamətləri göstərirlər. Əsas çatışmazlıq əlamətləri bunlardır:
Azot çatışmazlığı: Bitkinin inkişafına mane olur, rəngi saralır. Yarpaq ucları bitkinin aşağı yarpaqlardan başlayaraq qırmızımtıl qəhyəyi rəng alır. Yaşlı yarpaqlar tökülür.
Fosfor çatışmazlığı: Kökün inkişafına mane olur, saplar uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi göyərir. Yarpaq ayası içəriyə doğru qatlanır.
Kalium çatışmazlığı: Yarpaq ucları qovrulur, saralır, saplar zəifləyir. İçərdəkilər quruyub büzüşür.
Maqneziyum çatışmazlığı: Yarpaqlar incə və kövrək olurlar, uclarında və damar aralarındakı bölgədə rənglərini itirir, açıq yaşıl rəng alırlar və yarpaq ayası yuxarı qatlanır.
Dəmir çatışmazlığı: Yarpaqlar saralır, ancaq damarları yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır.