Torpaq məhlulunun qələvi reaksiyası uducu kompleksdə böyük miqdarda natrium olması ilə xarakterizə olunur. Belə torpaqlara şorakət torpaqlar deyilir. Şorakət torpaqların su-hava rejimi çox pis olur. Bu torpaqlarda qələvilik yüksək dərəcədə olub, bitkilərin inkişafına çox ziyan vurur.
Şorakət torpaqlara gips verildikdə natrium kalsiumla əvəz olunur. Şorakət torpaqların yaxşılaşdırılmasında ən səmərəli üsul aqrotexniki qaydalara riayət olunması, üzvi və mineral gübrələrin verilməsi, suvarma və digər aqrotexniki tədbirlərlə yanaşı, torpağın gipslənməsidir. Tədqiqatlarla müəyyən edilmişdir ki, üzvi və mineral gübrələr verilən zaman şorakət torpaqların gipslənməsinin effektliyi xeyli yüksəlir.
Mühit reaksiyası (PH) torpağın əsas xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
PH 4,0-5,0. Kəskin turş mühit reaksiyası. Tez-tez rütubətli iqlim şəraitində rast gəlir, podzollu və bataqlıq torpaqları, sarıtorpaq və podzollu-qırmızı və digər torpaqlar üçün səciyyəvidir. Bu torpaqlar əhəngdən, həmçinin kalium, kükürd, bor, sink, kobalt və yod birləşmələrindən güclü dərəcədə yuyulmuşdur.
PH 5,0-6,0. Güclü turş mühit reaksiyası. Rütubətli iqlim şəraiti torpaqları üçün (podzollu, çimli-podzollu, qonur meşə, sarıtorpaqlar və qırmızı torpaqlar) səciyyəvidir. Fosfatların, dəmir, alüminium, manqan, kalsium, kalium, bor, kobalt və yod birləşləşmələrinin vəziyyəti kəskin turş şəraitə uyğunlaşmışdır. Belə pH-a malik torpaqlar üçün gillicəli və xüsusilə də gilli qranulometrik tərkibdə fiziki xüsusiyyətlərin pis olması və kipləşməyə meyillik səciyyəvidir.
PH 6,0-6,5. Zəif turş mühit reaksiyası. Rütubətli iqlim şəraiti torpaqlarında (qələviləşdirilmiş qaratorpaqlar, boz və qonur-meşə, sarıtorpaq və qırmızı-torpaqlar) rast gəlinir. Fosfatlar mənimsənilə bilən vəziyyətdədir, alüminium və marqanesin toksik təsiri zəifdir və ya yoxdur. Kükürd, kalsium, kalium, bor, kobalt və yod çatışmazlığı bir o qədər də yüksək deyil. Mineral və azot qidalanması şəraiti optimuma yaxındır.
PH 6,5-7,5. Neytral mühit reaksiyası. Qaratorpaqlar üçün tipikdir. Əlverişli fiziki şərait, əla strukturlaşma, intensiv mikrobioloji fəaliyyət, fosfor, azot və mineral qidalanmanın optimal şəraiti, yüksək münbitlik səviyyəsi səciyyəvidir. Yazda torpağın yetişkənliyi zəif turş torpaqlara nisbətən daha tez başa çatır ki, bu da onun becərilməsi zərurətini meydana çıxarır.
PH 7,5-8,5 (8,7). Zəif qələvi mühit şəraiti. Qara torpaqlarda, karbonatlı, quru və yarımsəhra çöllərin avtomorf torpaqlarında müşahidə olunur. Fosfat, dəmir, sink və manqan çatışmazlığı qeyd oluna bilər. Fosfor, sink və mis təminatları arasında antaqonizm asan yaranır. Fosforun sistematik tətbiqi nəticəsində sink və mis çatışmazlığı yaranır. Bitkilərin xlorozu mümkündür. Torpağın yaz yetişməsi sürətlə baş verir. Mikrobioloji fəaliyyət, azotla qidalanma şəraiti və bir çox kül elementlərinin mənimsənilmə səviyyəsi yaxşıdır.
PH 8,5 (8,7) - 10,0. Güclü qələvi mühit şəraiti. Belə yüksək PH bir çox qaratorpaqlar və şabalıdı torpaqlar üçün səciyyəvidir.PH 10-12. Kəskin qələvi mühit şəraiti. Arid (quraq) iqlim
şəraitində rast gəlinir. Bunlara bir çox şoranlar və karbonatlı şorakətlər aiddir. Fosfatların mənimsənilmə səviyyəsi zəifdir, dəmir və manqan çatışmır, borun artıqlığı mümkündür. Fiziki şəraitin son dərəcədə əlverişsizliyi, struktursuzluq və mikroorqanizmlərin fəaliyyətinin sıxışdırılması ilə səciyyələnir. Gipsləmənin yüksək dozalarını tələb edir.5.1.2. Müxtəlif ədviyyat, bitki çayları və
dərman bitkilərinin qida maddələrinin çatışmazlığı və artıqlığı simptomları (əlamətləri).