Cədvəl 5.3
Ədviyyat, bitki çayları və dərman bitkilərinin normal inkişafı üçün pH intervalı
Torpaqda mühitin reaksiyasını müəyyən etmək üçün sulu məhlul hazırlanmalıdır. Suluməhlulu hazırlamaq üçün götürülmüş torpaq nümunəsindən 5 qram çəkilir 150-200 qramlıq kolbaya və ya stəkana tökülür, üzərinə 100 ml distillə edilmiş su əlavə edilir. Məhlul alınana qədər çalxalanıb, sonra tam çöküntü alınana qədər gözləyirik. Məhlul nümunə üçün hazırdır.
İndiqatorların (lakmus kağızı, fenoftalin, metiloran) aldığı rəngdən istifadə edərək PH-ın intervalını müəyyən etmək olar.
Bəzi indikator bitkilər vardlr ki, biz onlar vasitəsilə ərazinin torpaq mühitinin reaksiyaslnı (PH-ı) müəyyən edə bilərik. Çoban yastığı, yabanı nanə (Mentha arvensis), quzuqulağı (Rumex acetosa), qaragilə (Vaccınium myrtıllus) turş torpaqlarda bitən bitkilərdir. Bu bitkilər torpağın kəskin turş mühitinə tələbkardırlar və onlar bitən ərazilərin torpaqları turş torpaqlardır. Yonca və tarla bənövşəsi isə (Vıola arvensis) qələvi torpaqlarda bitən bitkilərdir.
Torpaq məhlulunun yüksək turşuluğu köklərin böyüməsini pisləşdirdiyi üçün bitkilərin torpaqdakı və gübrədəki qida maddələrindən istifadə etməsi pisləşir. Ona görə də bitkilərindən yüksək və sabit məhsul almaq və verilən gübrələrin effektliyini artırmaq üçün turş torpaqlara əhəng verilməlidir. Əhəngin verilməsi nəticəsində torpaqdakı bakteriyaların həyat fəaliyyəti yüksəlir, fosfor, kalium və mikroelementlərin müxtəlif birləşmələri daha yaxşı mənimsənilən formaya keçir.
Əhəng verildikdən sonra mühitdə əlverişli reaksiya birdən-birə əmələ gəlmir. Buna görə əhəngin təsiri tədriclə özünü göstərir və əhəng verildikdən sonra ildən-ilə artır. Tam təsir ikinci və ya üçüncü ildə müşahidə olunur. Torpağın turşuluğundan asılı olaraq hər hektara 1 tondan 6 tona qədər əhəng verilir. Əhəng payızda dondurma şumu altına və ya yazda verilir. Turş torpaqlarda üzvi, mineral gübrələrin və əhəngin birlikdə verilməsi kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul alınmasına kömək edir. Ümumiyyətlə, torpağa əhəng verilməsi turş torpaqların kökündən yaxşılaşdırılması və onlann münbitliyinin yüksəldilməsində çox mühüm tədbir hesab olunur.