Bitkilərin inkişaf fazaları üzrə əsas qida maddələrinə tələbat dəyişilir. Cücərmə fazasında kökün formalaşması üçün fosfora, şitil fazasında azota, məhsuldar hissələr əmələ gəldikdə azot, fosfor və kaliuma tələbat daha artıq olur. Boyatma davam etdikdə daima bitki azot və fosforla təmin edilməlidir. Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin cavan dövründə ən çox kaliuma tələbatı olur. Yaşlı yarpaqlarda kalsium daha çox toplanır. Bitki stres vəziyyətdə olduqda qida maddələrini tamamilə az mənimsiyir və ya heç mənimsəmir. Bu proses iştahası olmayan insanı xatırladır.
Qida maddələrinin bitkilər tərəfindən mənimsənilməsi üçün torpaqda optimal temperatur 15-200 C olmalıdır. Belə ki, azot torpaqda temperatur müsbət 80 C-dən, kalium, kalsium, kükürd və manqan müsbət 50 C-dən, fosfor isə müsbət 100 C-dən yuxarı olduqda bitkilər tərəfindən mənimsənilir.
Əksər makro elementlər, mikroelementlərdən isə molibden torpaq məhlulunun reaksiyası (ph) 6,5-7,5 olduqda bitkilər tərəfindən mənimsənilir. Digər mikro elementlər turş mühiti daha çox sevir. Ona görə də bu elementləri bitkiyə yarpaqdan çiləmə vasitəsilə mənimsədirlər. Qida elementlərinin yarpaqdan mənimsəmə vaxtı aşağdakı cədvəldə öz əksini tapmışdır.
Cədvəl 5.2.
Qida elementlərinin yarpaqdan mənimsəmə vaxtı (saat-gün)
Element | N | P | K | Ca | Mg | S | Mn | Zn | Fe |
50% Mənimsəmə | 0,5-2 | 2-10 gün | 10-24 | 10-24 | 2-24 | 5-10 gün | 1-2 | 1-2 | 1 (8%) |
Ədviyyat, bitki çayları və dərman bitkilərinin qida rejimini nizamlamaq üçün onların torpaq məhlulunun qatılığına, reaksiyasına tələbatını və duza davamlılığını bilmək lazımdır.
Torpaq məhlulunun qatılığı torpaqda olan suyun tərkibindəki qida elementlərinin faizlə miqdarını göstərir.
Kələmlər, kərəviz, quşüzümü fəsiləsi, tərəçiçəklilər fəsiləsi bitkiləri və kahının kök təzyiqi 5-12 atm. olub, çox yüksək deyil. Ona görə təzə cücərərkən və şitil fazasında qatılıq çox olduqda bu bitkilər məhv ola bilir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpaq məhlulunun reaksiyası neytral və zəif turş olduqda daha yaxşı inkişaf edir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin normal inkişafı üçün pH intervalı 4.5.saylı cədvəldə verilmişdir.