5.1.1. Ədviyyat, bitki çayları və dərman bitkilərin qida maddələrinə olan tələbatı
Digər kənd təsərrüfatı bitkilərinə nisbətən ədviyyat, bitki çayları və dərman bitkiləri torpağa və onda olan qida maddələrinə daha çox tələbkardır. Bu, bitkilərin hazırkı becərildikləri rayonların torpaq-iqlim şəraiti ilə vətənlərindəki (tropik və subtropik mənşəli olması) torpaqiqlim şəraitinə az uyğun olması ilə əlaqədardır.
Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin qida maddələrinin miqdarına, növlərinə və formalarına, torpaq məhlulunun qatılığına və reaksiyasına tələbatı müxtəlifdir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpaqdan məhsulla çox qida maddələri çıxarır ki, bu da onların qidaya tələbatını əsasən xarakterizə edir (Cədvəl 4.3. ).
Cədvəl 5.1.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin torpaqdan çlxardığı maddələrin miqdarı (1 t əmtəə məhsula, kq-la)
Yarpağından və kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri hər hektardan məhsulla çıxardığı N, P2O5 və K2O-nun miqdarına görə aşağdakı qruplara bölünür:
Ən çox qida çıxaranlar - orta gecyetişən və gecyetişənlər
Az qida çıxaranlar
Ən az qida çıxaranlar
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri torpaqdan çoxlu miqdarda qida maddələri aldığı halda, qidaya nisbətən az tələbkarlıq göstərir, digər bitkilər (şitil) nisbətən az qida mənimsəsə də qida şəraitinə çox tələbkardır. Bitkilərin qidaya tələbkarlığının digər səbəbi kök sisteminin quruluşu və lazımi maddələri almaq qabiliyyətidir.
Kök sisteminin xarakteri bitkinin yabanı əcdadlarının mənşəyi ilə əlaqədardır və qida rejimində həlledici rol oynayır. Belə ki, kərəvizin yoğun, çox şaxələnən kökləri onun bataqlıq, cəfərinin isə köklərinin nazik, əmici tellərinin isə çox olması onun qayalıq dağlıq bitkisi olduğunu göstərir.
Bitki cavan vaxtı yaşlı dövrünə nisbətən hər bir çəki vahidinə eyni vaxt ərzində daha çox qida tələb edir. Ayrı-ayrı bitkilərin əsas qida elementlərinə tələbatı müxtəlifdir. Məsələn, yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri azota, kökündən istifadə edilənlər isə kaliuma çox tələbkar bitkilərdir.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin qida maddələrini mənimsəməsi bir çox amillərdən asılıdır. Bu amillər aşağdakılardır: