Bu üsulla torpaq 40-50 sm dərinliyində islanır, yağışın intensivliyi torpaq tipindən asılı olaraq 0,5-1,5 mm/san. ola bilər.
Damcı üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilərdə torpaq yuyulmasına səbəb olmadan suvarıla bilər, suvarmanın aparılmasında külək təsir göstərmir, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq
otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatların əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır. Damcı suvarma zamanı toqpağın temperaturu digər suvarma üsulları ilə müqayisədə həmişə yuxarı olur, bu da bitkini don vurmadan qoruyur və erkən məhsul yığmağa imkan verir. Şəkildə göründüyü kimi digər suvarma sistemlərinə nisbətən damcıvari suvarma sistemində suvarma suyundan yalnız bitki istifadə edərək su daha dərinə işləmişdir.
Məhz bu səbəbdən də kökündən və yarpaqlarından istifə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin suvarılmasında damcıvari suvarmanın tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri içərsində yarpaqlarından istifə edilənlər rütubətə çox tələbkardırlar. Onlar səpilən sahənin torpağın və havanın rütubəti 70-90% olmalıdır. Bunun üçün tez-tez, az su norması ilə suvarılmalıdır.
Nanə, tərxun və razyana (çoxillik əviyyatlar) payızda kök sisteminin güclənməsi və toxum verməsi üçün, erkən yazda isə zoğ verməsi üçün suvarılır. Tərxun torpaq (TRT) və havanın nisbi rütubətliyi 50-60% olduqda yüksək keyfiyyətli məhsul verir. Bunun üçün 7-8 dəfə suvarma həyata keçirilir. Razyana bitkisi 5-10 dəfə suvarılır.
4.1.2. Sudan səmərəli istifadə qaydaları
Su haqqında İFOAM-ın (Təbii-üzvi Kənd Təssərrüfatı Hərəkatının Beynəlxalq Federasiyası) əsas standartları
4.7. Torpağın və suyun qorunması
Torpaq və sudan davamlı istifadə olunmalıdır.
Tövsiyələr
Qurund sularının çirklənməsinin, sudan ifrat və qeyri-düzgün istifadə olunmasının, torpağın erroziyasının və şoranlaşmasının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilməlidir.
Standartlar
4.7.4. su ehtiyatlarının ifrat istifadəsinə və tükənməsinə yol verilməməlidir.
4.7.5. Müvafiq orqanlar (laboratoriya) torpağın deqrodasiyasına, üst və qruntsularının çirklənməsinə səbəb olan əkin sıxlığına aid standartlara əməl olunmasını tələb etməlidir.
4.7.6. Torpaq və suyun şoranlaşmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.