Respublikamızda suvarma üçün istifadə edilən suyun əksəriyyəti demək olar ki, çay sularının payına düşür. Buna görədə əsasən duzlu sulardan hec istifadə edilmir.
Suvarma suyunun keyfiyyət göstəricilərinin əsasən onun tərkibindəki üzvi, mineral madələrin miqdarı ilə müəyyənləşdirilir. Hansı ki, bu üzvi və qeyri üzvi maddələr suvarma suyu ilə torpağa daxil olaraq bitkilərin qidalanmasına şərait yaradır ki, buda öz növbəsində həm torpağın mübitliyini artırır, həm də suvarılan kənd təsərüffatı bitkilərinin məhsuldariığını və onun keyfiyyət göstəricilərini yüksəldir. Suvarma suyu bitkilər tərəfindən qida maddələrinin mənimsənilməsi, üzvi maddələrin minerallaşması, torpaq minerallarının parçalanması, mikrobioloji proseslərin intensivliyi, çətin həll olan müxtəlif birləşmələrin həll olması, və bir çox fiziki-kimyəvi proseslər suvarma suyunun reaksiyasından çox asılıdır. Suvarma suyunun reaksiyası verilən gübrələrin səmərəliliyinə də təsir göstərir. Bütün bu səbəblərdən suvarma suyunda mühitin reaksiyasını (PH-ı) təyin etməyin böyük əhəmiyyəti vardır. Suvarma suyunda mühitin reaksiyası (PH-ı) necə olmasını bilmək üçün aşağıdakı qradasiyadan istifadə olunur (Cədvəl 4.2.).
Suvarma suyunda mühitin reaksiyasını müəyyən etmək üçün bir neçə yerdən su nümunələri götürülür. Onlar qarışdırılaraq orta 200 qram su nümunəsi hazırlanır. Sonra həmin nümunə 100 qram olmaqla iki yerə bölünür və PH metrin kranın altına qoyulur.
Cədvəl 4.2.
Suvarma suyunda mühitin reaksiyası (PH-ı)
Ümumiyyətlə, suvarma suyunda mühitin reaksiyasının (PH-ı) neytral olması məqsədə uyğundur.
4.1.1. Suvarma üsulları
Suvarma sistemi - Suyu suvarma mənbəyindən götürüb suvarılan sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğulardır.
Suvarma suyunun torpağa verilməsi, torpağın rütubətləndirilməsi və bitkinin su ilə təmin edilməsi aşağıdakı üsullarla yerinə yetirilə bilər: