Cədvəl 4.1.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin vegetasiya müddətində
suvarma normaları
Bitkilər |
Suvarmanın sayı |
Hər dəfə su norması, m3/ha |
Cəmi suvarma norması, m3 |
Ədviyyat, bitki çayları və dərman bitkiləri və açıq şitilliklər |
3-5 | 150-200 | 450-1000 |
Orta və gec yetişən | 10-15 | 400-450 | 400-6750 |
Payızlıq və yazlıq ədviyyat, bitki çayları və dərman bitkiləri | 5-7 | 450-500 | 2000-3150 |
Misal: ədviyyat, bitki çayları və dərman bitkiləri əkilən sahədə torpağın tarla rütubət tutumu 26%, həmin sahədə torpağın nəmliyi isə 15%-dir. Suvarmanın vaxtını təyin edək.
Hesablama nəticəsində müəyyən edildi ki, torpaqda olan nəmlik, tarla rürubət tutumunun 57,7%-ni təşkil edir və bu göstərici çox aşağıdır. Yəni həmin fazada bitkilərə torpağın tarla rütubət tutumunun 75%-i qədər nəmlik lazımdır. Bu isə suvarmanın vacib olduğunu göstərir. Bundan sonra çatışmayan su norması, torpaqda olan su ehtiyyatını müəyyən etməklə tapılır. Bunun üçün aşağdakı düsturdan istifadə edilir:
Vt = h x d x Wt və Vs = h x d x Ws
Düstur 4.1
Burada: Vt- torpağın tarla rütubət tutumuna görə su ehtiyatı (m3/ha);
Vs - torpağın suvarma qabağı su ehtiyatı (m3/ha), h - nəmləndiriləcək kök yayılan aktiv qatın hündürlüyü, (metr); d-torpağın həcm kütləsi (qr/sm3); Wt -torpağın tarla rütubət tutumu (%); Ws -torpağın suvarma qabağı nəmliyi (%). Fərz edək ki, nəmləndiriləcək kök yayılan aktiv qatın hündürlüyü 30 sm, həmin qatda torpağın həcm kütləsi orta hesabla 1.35 qr/sm3 təşkil edir. Qeyd olunan rəqəmləri nəzərə alaraq torpaqda olan su ehtiyatı verilmiş düstura əsasən aşağıdakı kimi hesablanır:
Vt = 30•1.35 • 26 = 1053m3/ha və Vs = 30•1.35•15 = 607,5m3/ha
Vt və Vs göstəricilərinə əsasən çatışmayan su norması aşağıdakı kimi tapılır: