➢ | Sərinləşdirmə məqsədilə vegetasiya suyu arasındakı vaxtda quru, isti havada az su norması ilə (30-100 m3/ha) yağış yağdırma üsulu ilə verilən su sərinləşdirici su adlanır. Bu zamanlar yarpaqlar sərinləşir, torpaqdan bitki ona vacib olan elementləri normal alır, havanın nisbi rütubəti artır. |
Bitkinin vəziyyətlərindən, onun növündən, inkişaf fazasından asılı olaraq suvarmanın vaxtını və verilən suyun normasını müəyyən edirlər.
Payız, qış qabağı və erkən yaz əkinləri təbii rütubətin çox, buxarlanmanın isə az olduğu müddətdə soyuğa davamlı bitkilərin kütləvi tez cücərməsinə və həmin rütubət hesabına xeyli böyüməsinə şərait yaradır. Bu halda alaqlarla mübarizə də xeyli asanlaşır, lakin rütubət rejimi, süni suvarma yolu ilə nizamlanır. Çoxillik ədviyyat, bitki çayları və dərman bitkilərinin (tərxun, nanə) sahələri dekabr-yanvar aylarında hektara 700-1000 m3 su verilməklə qış aratına buraxılmalıdır.
Yarpağından, gövdəsindən və kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri nisbi sükunət dövründə temperatura, rütubətə, işığa, habelə qidaya tələbkar olmur, əksinə soyuğa, istiyə, quraqlığa, kölgəyə, davamlı olur, yaşıl bitki halında isə işığa, suya, qidaya, istiliyə tələbkardır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin suvarılmasında vaxtın düzgün seçilməsinə və bol suvarmaya riayət etmək lazımdır. Əks halda istədiyimiz keyfiyyətli və yüksək məhsuldarlığı əldə edə bilmərik. Ümumiyyətlə, kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri üçün torpağın optimal tarla rütubət tutumu 70-75% qəbul edilib.
Toxum səpiləndən sonra və bitkilərin ilk inkişaf fazalarında hər hektara az norma ilə tez- tez su vermək lazımdır. Bitkilər böyüdükçə suvarma müddəti uzadılır (10-12 gündən bir), hər hektara su norması artırılır. Kökünün intensiv formalaşdığı dövürdə suvarma 7-10 gündən bir, isti yay günlərində isə 3-4 gündən bir həyata keçirilir. Kökmeyvəsinin yetişdiyi dövürdə suvarma arası müddət 12-15 gün olur.
Torpaqda nəmlik az olduqda kərəvizin kök forması torpaqda yüksək nəmlik tələb etdiyi üçün 2-3 gündən bir, isti yay günlərində hər gün suvarma tələb edir.
Müxtəlif bitkilərinin suvarılmasının vaxtını müəyyən etmək üçün torpağın 10-15 santimetrlik üst qatının quruma dərəcəsi nəzərə alınmalıdır. Torpaqları su keçirməsinə görə isə üç qrupa bölmək olar:
➢ | Yaxşı su keçirən torpaqlar - su buraxılandan birinci saatda torpağın 15 sm dərinliyi suyu hopdurur, bu şərtlə ki, torpağın səthində 5 sm qalınlığında su olsun. |
➢ | Orta dərəcədə su keçirən torpaqlar - suvarma zamanı bir saatda 5-15 sm torpaq təbəqəsinə su hopur; |
➢ | Zəif su keçirən torpaqlar - su buraxılandan bir saatda 5 sm-dən az təbəqə su hopdurur. Suvarma norması torpağın tipindən asılı olaraq 450-500 m3-dən 700-800 m3-ə qədər ola bilər. Respublikamız üçün (aran rayonlarında) ədviyyat, bitki çayları və dərman bitkilərinin vegetasiya müddətində suvarma normaları aşağdakı kimidir (Cədvəl 4.1.): |