Ədviyyat, bitki çayları və dərman bitkilərinin suya tələbkarlığı onların inkişaf fazasından da çox asılıdır. Suya ən böyük tələbat onun toxumunun şişib cücərməsi fazasındadır. Bitki cavan cücərti və şitil dövründə rütubətə çox tələbkardır. Çünki kök sistemi torpağın tez quruyan üst 15-20 santimetrlik qatında yerləşir.
Tərəçiçəklilər və kərəviz fəsiləsinə aid olanların və çoxillik ədviyyat, bitki çayları və dərman bitkilərinin suya tələbatı nisbətən azdır.
Yarpağından və kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri torpağın rütubətinə münasibətinə görə isə 3 qrupa bölmək olar:
■ Daha cox tələbkar: ədviyyat, bitki çayları və dərman bitkilərinin şitilləri;
■ Çox tələbkar: kərəviz,
■ Az tələbkar: cəfəri
Bu qruplaşma nisbi xarakter daşıyır. Çünki əksər ədviyyat, bitki çayları və dərman bitkiləri torpaqda rütubət torpağın tam tarla rütubət tutumunun 75-85%-i qədər olduqda yaxşı inkişaf edir.
Torpaq qatının saxlaya bildiyi suyun maksimum miqdarına tam tarla rütubət tutumu deyilir. Qumlu torpaqda onun çəkisinin 16-18%-i, qumsal torpaqlarda 22- 24%, yüngül gillicələrdə 24-26%, orta gillicələrdə 29-31%, ağır gillicələrdə 33- 35%, torflu torpaqlarda isə 70%-i qədər və daha çoxdur.
Suvarma norması - bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarıdır.
Suvarma rejmi - kənd təsərrüfatı bitkilərinin suvarma normasını, suvarmaların sayını və müddətini təyin edir.
Suvarma vaxtları aşağdakı şəkildə təsnifləşdirilir:
➢ | Dondurma şumu olunmuş sahələrə qış qabağı, hər hektara 500-700 m3 normada verilən torpaq doydurucu su qış aratı adlanır. |
➢ | Səpin (əkin) qabağı ağır və quru torpaqlarda suvarılır. Buna yaz arat deyilir. Suvarmadan sonrakı səpin, arata səpin adlanır. |
➢ | Şitil və ya vegetativ hissələr əkildikdə aparılan suvarmaya əkin suyu deyilir. |
➢ | Səpindən sonra aparılan suvarma səp- suvar adlanır. |
➢ | Səpindən, yaxud əkindən bir neçə gün sonra başlanıb, vəziyyətdən asılı olaraq hər 510, bəzən 15-20 gündən bir təkrar aparılan suvarmaya vegetasiya suyu deyilir. Suvarmaya sərf olunan suyun əsas hissəsi buna aiddir. |