• Xüsusiyyətləri - alaq otlarının tərkibinə gövdə və yarpaq vasitəsilə daxil olur. Herbisidin səmərəsi çiləməkdən bir gün sonra meydana çıxır, alaq otları isə 3 həftə ərzində məhv olur.
• Üstünlüyü - məsarif norması artırıldıqda belə bitkilər üçün fitotoksiki (zəhərli) deyil. Sürünən ayrıqotunun kök sistemini məhv etdiyi üçün növbəti ildə ona qarşı mübarizə aparmaq lazım gəlmir.
• Təsir mexanizmi - preparat ağ sirkanın 4 həqiqi yarpağı əmələ gələnə qədər sərfəlidir.
• Tətbiqi xüsusiyyətləri - tətbiq olnunduqdan sonra torpağı əhəngləməmək və yeni əhənglənmiş torpaqlarda tətbiq etməmək. Təkrar tətbiq etməmək.
Dual Qold - dənli və ikiləpəli alaq otlarını (qara pencər, orta cincilim, quşəppəyi, çobanyastığı, bostan pərpətöynü, kalışı) nəzarətdə saxlamaq üçün tətbiq edilən seçici herbisiddir. Alaqların toxumlarının cücərməsini məhdudlaşdırır.
• Xüsusiyyətləri - təsiredici maddə (metolaxlor) ləpə yarpaqları vasitəsilə keçir və onlar məhv olur.
• Üstünlüyü - allaqlardan uzunmüddətli mühafizəni təmin edir - 10 həftə. Becərilən bütün kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyasına yaxşı uyğun gəlir və bu zaman tətbiq edilməsinə görə əsaslı əlavə xərc tələb etmir.
• Təsir mexanizmi - səpiləcək sahənin səpinə qədər və ya cücərtilər əmələ gələnə qədər məsarif norması 1,6 l/ha olmaqla çilənir. Vegetasiya ərzində isə o,6- 0,8 l/ha 2 dəfə çiləmək lazımdır.
• Tətbiqi xüsusiyyətləri - tətbiq olnunduqdan sonra torpağı əhəngləməmək və yeni əhənglənmiş torpaqlarda tətbiq etməmək. Təkrar tətbiq etməmək.
Fusilad Forte - çıxışdan sonra taxıllar fəsiləsinə aid olan alaqlara qarşı istifadə olunan sistem təsirli seçici xarakterli herbisiddir.
• Xüsusiyyətləri - tez bir zamanda bitkilərin tərkibinə keçir və ötürücü borular vasitəsilə kökümsovlara daxil olur, yeni zoğların əmələ gəlməsinə imkan vermir. Mədəni bitkilər üçün fitotoksiki deyildir.
• Üstünlüyü - yüksək sürətli təsirə malikdir (alaq otlarının məhv olması əlamətləri tətbiqindən 5-7 gün sonra görünür). Özündən sonra becərilən bitkilər üçün mənfi təsirə malik deyil. Çayırın sıxclığından asılı olaraq hektara məsarif norması 1,5 litirdir.
• Təsir mexanizmi - əkin sahəsində məsarif norması 0,75-1,0 l/ha, cəfəri sahəsi üçün isə 0,75-2,0 l/ha-a çilənir.