Bu məqsədlə;- mulçalama, su ilə doydurma, elektromaqnit sahəsinin yaradılması və sair üsullardan istifadə olunur.
Əkinçilikdə alaq otlarına qarşı istifadə olunan kimyəvi maddələr herbisid (latınca-herbus- ot, tsido-məhv edirəm) adlanır.
Bitkiləri məhv etmə xarakterinə görə herbisidlər başdan-başa (kütləvi) və seçici (selektiv) təsir edən olmaqla iki qrupa bölünürlər.
başdan-başa (kütləvi)- təsir edən herbisidlər istifadə edildiyi ərazidə bütün bitkiləri məhv edir. Ona görə, bu qrupa aid olan herbisidlər əkin üçün istifadə olunmayan sahələrdə, bütün bitki örtüyünü məhv etmək üçün tətbiq edilir.
seçici (selektiv)-xarakterli herbisidlər ancaq bir qrup bitkilərə təsir etdiyinə görə, əkin sahələrində həmin qrupa aid olan alaqları məhv etmək məqsədilə tətbiq olunur. Bu zaman herbisidlər mədəni bitkilərə mənfi təsir etmir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri becərilən sahələrdə vegetasiya dövründə herbisidlərdən istifadə edilmir. Bu bitkiləri alaqlardan qorumaq üçün qabaqlayıcı tədbirlərdən və səpinqabağı torpaq becərmələrindən istifadə edilir. Cücərtilər yeni əmələ gələn dövrdə, eləcə də kultivasiyadan sonra cərgələrdə və bitkilərin dibində olan alaqlar əllə, alakeşlə, qismən toxa və bellə məhv edilir.
Başdan-başa (kütləvi) təsir mexanizminə malik olan herbisid Oraqan Forte alaq otlarının fəal boyatma dövründə preparatın məsarif norması 1,5-3,5 l/ha, işçi məhlulun məsarif norması isə 200-300 l/ha olmaqla çilənir.
• Üstünlüyü - təsiredici maddəsi qlifosat (kalium duzu) olan herbisid ən çətin alaqları (südotu, ayrıqotu, çayır, sarmaşıq) məhv edir. Herbisid çilənmiş tarla daha az erroziyaya məruz qalır və daha çox tutumuna malik olur.
• Təsir mexanizmi - preparat 2-3 saat ərzində bitkinin daxilinə keçir, alaqların məhv olmasının vizual (gözlə görünən) əlaməti 7-10 gündən sonra, tam məhv olmasına 2-3 həftədən sonra rast gəlinir.
• Tətbiqi xüsusiyyətləri - maksimum səmərə almaq üçün əlverişli hava şəraitində, alaq otlarının fəal vegetasiyisında - çoxillik alaqlar 4-5 yarpaq, 10-10 sm hündürlükdə; birillik dənli-taxıllar fəsiləsindən olan alaqların yarpağı minimum (ən az) 5 sm olduqda tətbiq edilir.
Milaqro Ekstra - sistem təsirli yaxşılaşdırılmış yeni herbisiddir. Təsir edici maddəsi nikosulfirondur. Məsarif norması hektara 0,75 litrdir.