Alaq basmış ədviyyat, bitki çayları və dərman bitkiləri sahələrində məhsulun kəmiyyət və keyfiyəti kəsgin aşağı düşür. Bu isə alaqların çox yayıldığı sahələrdə məhsuldarlığın azalması, mədəni bitkilərin inkişafı üçün tələb olunan şəraitin pisləşməsi ilə əlaqədardır. Yəni alaqlar mədəni bitkilərə nisbətən tez və güclü inkişaf edərək onları işıqdan, sudan və qida maddələrindən məhrum edirlər. Xüsusilə ilk inkişaf mərhələsində zəif inkişaf edən mədəni bitkilər alaqlar tərəfindən daha çox sıxışdırılırlar. Nəticədə kölgədə qalan ədviyyat, bitki çayları və dərman bitkilərinin boyu çox uzanır və yatmaya meyilli olurlar.