Cərgəvi üsulda - toxumlar düz cərgələrlə, müəyyən edilmiş və həm də bərabər dərinliyə basdırılır. Həmçinin cərgəvi üsulda bitkilərin cərgə arası çox, cərgədə bitki arası məsafə isə az götürülür.
Kvadrat üsulda- cərgə arası və cərgədə bitki arası məsafə eyni olur. Əgər xətlərin kəsişdiyi yerdə bir neçə bitki əkilirsə, onda ona kvadrat-yuva üsulu deyilir. Bu üsullara bəzən düzbucaqlı və düzbucaqlı-yuva üsulu da deyilir.
Lent üsulu - bu üsulda bitkilər lentdə 2-8 cərgə ilə yerləşdirilir (lent arası məsafə geniş olmaqla). Lentdə cərgələr arası isə nisbətən kiçik götürülür.
Ədviyyat, bitki çayları və dərman bitkiləri maşınla cərgəarası 20 sm, lent üsulunda 50+20·4 sm sxemi ilə səpilir. Maşınla səpdikdə hektara 12-20 kq, çökək ləklərdə əllə dağınıq səpin apardıqda isə 20-25 kq toxum istifadə olunur. Hektara 12-15 kq toxum səpilir, 1-2 dəfə cərgəarası kultivasiya çəkilir. Texniki şüyüd almaq üçün isə cərgəarası 35 sm, 45 sm, 70 sm qoyulur.
Bu bitkilər enli cərgəli bitkilərin cərgə arasında, habelə özləri bir-biri ilə sıxlaşdırılaraq becərilirlər. Məs, xiyar cərgə aralarında ispanaq və onun üstündən keşniş, şüyüd səpilir. Məhsul yığıldıqda 3 növə ayrılır. Təkrar əkinlərdə bu bitkiləri ya başqa bitkilərdən sonra və əvvəl, ya da səbzələrin özündən əvvəl və sonra səpirlər.
Reyhan bitkisinin hazır şitilləri 2-3 cərgəli lent üsulu ilə əkilir. Lent arası 50-60 sm, cərgə araları 20-40 sm, cərgədə bitki araları 20 sm qəbul edilir. Məsələn (50+20): 2x20 sm, (60+40): 2x20 sm.
Bitkilərin səpin və əkin sxemindən asılı olaraq bir bitkinin qida sahəsi (Q) müxtəlif üsulla hesablanır: