Kənd təsərrüfatı ixtisasları üzrə 2-ci tədris ili üçün modullar
İxtisasın adı: Tərəvəz ustası (tərəvəzçilik mütəxəssisi)
Modul (təhsil sahəsi): Ədviyyat, bitki çayları və dərman bitkiləri
Modulun nömrəsi: 3.2.1.2.2.2.03
Dərs saatı (nəzərdə tutulan):
İxtisas üzrə praktiki dərslər:
İstehsalat təcrübəsi:
İxtisas üzrə nəzəri dərslər:
80 saat
80 saat
210 saat
Məqsəd:
Təhsilalan müxtəlif istehsal texnologiyalarını tanıyır, ədviyyat, bitki çayları və dərman
bitkilərinin
əkini zamanı bütün işləri, məs. çoxaldılması, əkilməsi, qulluq işləri, torpağın becərilməsi, bitki
mühafizə tədbirləri, gübrələmə və suvarma tədbirlərini yerinə yetirə bilir. Ədviyyat, bitki çayları və
dərman bitkilərinin yığımı, emalı və saxlanaması ilə bağlı işləri bitki əkini nümunəsində düzgün həyata
keçirməyi bacarır.
Metodiki tövsiyyə:
Tədris prosesində region üçün xüsusi əhəmiyyətə malik ədviyyat, bitki çayları və dərman
bitkiləri
seçilməlidir.
Tədrisin məqsədi | Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) | Tədrisin məzmunu (praktiki məşğələlər) | Dərs saatları (praktiki məşğələlər) | İstehsalat təcrübəsi | Dərs saatları (istehsalat təcrübəsi) | Metodik göstərişlər |
Sortların seçilməsi Bazarda satıla bilən mühüm ədviyyat, bitki çayları və dərman bitkilərini tanıyır, qruplaşdırır, həmçinin sortların seçilməsinin əsas aspektlərini bilir. |
Satış qabiliyyətli ədviyyat, bitki çayları və dərman bitkiləri. Bitkilərin qruplaşdırılması. Bazar dəyəri. Yararlılıq dəyəri. Tərkib hissəsi və çoxalma növləri. Sort seçmə meyarları. Sort nümunələri. Satış kanalları. |
10 | Ədviyyat, bitki çayları və dərman bitkiləri onların qruplaşdırılması, bazar üçün önəmli növləri və sortları, həmçinin bioloji-təsərrüfat xüsusiyyətlərini sadalamaq. Növlərin xüsusiyyətlərini əks etdirmək və sxemə əlavə etmək. | 10 | 15 | Ədviyyat, bitki çayları və dərman bitkilərinə aid herbari nümunələri hazırlamaq və toxum nümunələri götürmək. | |
Çoxalma və əkin materialının yetişdirilməsi Toxumların əsas aspektləri və onların praktiki istifadəsini bilir, toxum səpinini düzgün həyata keçirə bilir. Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkiləri üçün optimal cücərmə şəratini | Toxumun qurluşunun əsasları. Səpin üsulları və texnikası. Toxum formaları və yüksək dəqiqliklə səpilə bilən toxumlar. Səpin sıxlığı və məsafəsi. Toxumun istifadə müddəti və saxlanma qabiliyyəti. Cücərmə şərtləri və cücərməyə | 10 | Çoxalma və yetişdirmə metdolarını qarşılaşdırmaq, kisə və ləklərə əl ilə toxum səpini, toxum səpən maşın ilə toxum səpini, sıra üzrə, tək-tək, yuva üzrə toxum səpini, çox dibçəkli lövhəciklər, | 10 | 30 | Toxum və ştil lövhəciklərini hazırlamaq: Normal toxum. Kalibrlənmiş toxum. Dərəcələrə bölünmüş toxum. Həb (kapsula) - toxum. |