Qeyd edilənləri nəzərə alaraq açıq sahədə ədviyyat, bitki çayları və dərman bitkilərinin hökmən növbəli əkinləri tətbiq edirlir. Bunların aşağıdakı növləri vardır:
➢ 1. Tarla növbəli əkinləri-əsas tarlaları tarla bitkiləri tutur, ədviyyat, bitki çayları və dərman bitkilərinin bitkilərinə isə 1-2 tarla verilir.
➢ 2. Yemçilik növbəli əkinləri- əsas tarlalar yem bitkilərinə, 1-2 tarla ədviyyat, bitki çayları və dərman bitkilərinə verilir.
➢ 3 Xüsusi tərəvəzçilik növbəli əkinləri - əsas tarlaları ədviyyat, bitki çayları və dərman bitkiləri tutur, 1-2 tarlada çoxillik paxlalı otlar, paxla, lobya, noxud əkilir, ya da heç əkilmir.
Tərəvəzçiliklə məşğul olan təsərrüfatlar xüsusi tərəvəzçilik növbəli əkin dövriyyəsindən istifadə edirlər (Şəkil 3.3.).
Ümumiyyətlə növbəli əkini tətbiq etməkdə əsas məqsəd torpağın münbitliyini bərpa etməkdir. Bunu nəzərə alaraq ottarlalı növbəli əkin tətbiq etməklə 1-2 il sahədə paxlalı otlar (ən çox yonca, çovdar) əkirlər. Onların kökündə olan kök yumrusu bakteriyaları havadan azotu torpağa toplayır. Hal-hazırda paxlalı tərəvəz bitkiləri (lobya, göy noxud) onların əvəzinə əkilir. Çünki, bunlarda da həmin xüsusiyyət vardır. Bu halda, həm torpağın münbitliyi, ümumi əkinlərdə tərəvəzin xüsusi çəkisi, habelə ümumi istehsalı artır, həm də bu bitkilərin yaşıl qalıqları heyvanlara qiymətli zülallı yem kimi verilərək qismən paxlalı otları əvəz edir.
Şəkil 3.3-də ədviyyat, bitki çayları və dərman bitkilərinin rötasiya cədvəli təsvir edilmişdir. Cədvəldə xüsusi ədviyyat, bitki çayları və dərman bitkilərinin növbəli əkin dövriyyəsi öz əkisini tapmışdır.