Artıq nəmliyi olan torpaqlarda istiliyi və nəmliyi nizamlamaq məqsədilə tirələr, şırımlar, ləklər düzəldilir. Bəzi məlumatlara görə tirələrdə istilik, səthi hamar olan sahələrə nisbətən 2-3° C artıq olur. Nəmliyi az olan bölgələrdə, atmosfer çöküntülərinin torpaqda toplanmasını tə'min etmək üçün şırımlardan, yuvalardan və s. istifadə olunur. Nəmliyə daha çox tələbkar olan tərəvəz bitkiləri əkini üçün ləklər düzəldilir.
Becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və torpağın tipindən asılı olaraq, mikrorelyef yaratmaq üçün üzərinə xüsusi alətlər qoşulmuş kotanlardan, tirə və ləkdüzəldən, şırımaçan, yuvaaçan və s. alətlərdən istifadə edilir.
Torpağın səpinqabağı becərilməsi usulları və qaydaları
Torpağın səpinqabağı becərilməsi aşağıdakı əsas vəzifələri yerinə yetirir:
Əkin qatından nəmliyin itirilməsinin qarşısının alınması, mikrobioloji proseslərin gücləndirilməsi və qida rejiminin yaxşılaşdırılması üçün hamar səthli yumşaq torpaq qatı yaratmaq, |
Alaq bitkilərini məhv etmək və onların səpindən sonra cücərməsinin qarşısını almaq,
Toxumu istənilən dərinliyə basdırmaqla keyfiyyətli səpin aparmaq.
Üzləmə - erkən şumlanan və səpinqabağı alaq basmış və çox kipləşmiş sahələrdə aparılır. |
Üzləmə zamanı torpaq yumşaldılır, qismən çevrilir, qarışdırılır və alaq bitkilərinin yeraltı hissəsi kəsilir.
Kultivasiya alaqları kəsmək, torpağı yumşaltmaq və qismən qarışdırmaq məqsədilə aparılır. Becərmənin məqsədindən asılı olaraq kultivasiya 8-12 sm dərinlikdə aparılır. | |
Malalama - torpağın yumşaldılması, qarışdırılması, səthinin hamarlanması və alaq cücərtilərinin məhv edilməsi zamanı tətbiq olunur. | |
Şaxmala, şumlanmış sahələrdə kəsəkləri xırdalamaq, tirə və şırımları düzəltməklə torpağın səthini hamarlamaq üçün aparılır. |
Quraq iqlim şəraitində torpaqda nəmliyi saxlamaq üçün şumlama ilə eyni vaxtda və yaxud şumdan dərhal sonra sahəyə şaxmala çəkilir. Şaxmala, eni 25-30 sm, qalındlığı 10-15 sm olmaqla hər iki ucu ilə traktora qoşulan 3-4 m uzunluğunda taxta və yaxud dəmirdir.