ÖYRƏNMƏ ELEMENTİ 3
3. ƏDVİYYAT, BİTKİ ÇAYLARI VƏ DƏRMAN BİTKİLƏRİNİN ƏKİNİ
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Kənd təsərrüfatı bitkilərinin normal böyüyüb, yüksək məhsul verməsi üçün onlar lazım olan həyat amilləri ilə təmin edilməlidir. Bitkilərin həyat amillərinə, xüsusilə su və qida maddələrinə olan tələbi əsasən torpaqdan ödənilir. Əlverişli əkin qatı quruluşuna malik olan torpaqlarda nəmliyin toplanması və qorunub saxlanması, habelə qida maddələrinin səmərəli nisbətlərinin yaradılması mümkün olur. Əkin qatının quruluşunun yaxşılaşdırılması isə torpağın beçərilməsi ilə həyata keçirilir.
Torpağın beçərilməsi onun su, hava, istilik və qida rejimlərini istiqamətli dəyişməklə, istifadə edilən maşın və alətlərin işçi orqanlarının torpağa göstərdiyi mexaniki tə'sirdən ibarətdir.
Əziz şagirdlər! Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələri ilə, həmçinin ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən ümumi qulluq işlərilə tanış olacaqsınız.
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində aparılan əsas və səpinqabağı torpaq becərmələri haqqında məlumat əldə edəcəksiniz; |
- | öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində növbəli əkinin və vegetasiya becərmələrinin tətbiqi qaydalarını biləcəksiniz; |
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin optimal səpin müddətləri və səpin üsullarını müəyyən edə biləcəksiniz; |
- | bitkilərinin bitki sıxlığı, səmərəli qida sahəsi, əkində yerləşdirmə üsulları və səpin (əkin) sxemlərini müəyyənləşdirəcəksiniz; |
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində ümumi qulluq işlərini tətbiq edə biləcəksiniz. |
MƏQSƏD
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələri ilə, həmçinin ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən ümumi qulluq işlərilə tanış olacaqsınız.