1. Ümumi qoşulan dolaqlı qarışıq təsirlənmə SC mühərriki
Paralel təsirlənmə induksiya seli lövbər dolağına ardıcıl birləşdirilən əsas induksiya statorunun yaratdığı əsas induksiya selini gücləndirdikdə ona ümumi qoşulan qarışıq dolaqlı (kumulyativ) təsirlənmə deyilir.
2. Qarşılıqlı qarışıq SC mühərriki
Qarşılıqlı qoşulan qarışıq dolaqlı özünə təsirlənən SC mühərrikində, yəni (diferensial) qarşılıqlı qarışıq SC mühərrikində paralel və ardıcıl dolaqlar elə yerləşdirilir ki, paralel maqnit sarğısının yaratdığı maqnit seli əsas ardıcıl dolağının selinin təsirini azaldır.
Bu halda yaranan xalis sel ilk seldən azdır və buna görə o qədər də tətbiq edilmir. Özünə təsirlənən SC mühərrikinin qarışıq parametrləri aşağıdakı sxemdə göstərilir. Həm kumulyativ qarışıq, həm də diferensial qarışıq SC mühərrikləri yerləşdirmədən asılı olaraq lövbərə birləşdirilən paralel təsirlənmə dolaqlı (short shunt -qısa şuntlu) və ya şəbəkəyə qoşulan paralel təsirlənmə dolaqlı (long shunt -uzun şuntlu) ola bilər.
3. Paralel təsirlənmə dolağı lövbərə birləşdirilən (Qısa şuntlu) SC mühərriki. Paralel təsirlənmə dolağı yalnız lövbər dolağına paralel olduqda və ardıcıl təsirlənmə dolağına paralel olmadıqda, onda bu paralel təsirlənmə dolağı lövbərə birləşdirilən SC mühərriki və ya daha konkret, qısa şunt tipli qarışıq təsirlənmə SC mühərriki adlanır.