SC mühərriki növləri aşağıdakı kimi göstərilə bilər. • SC mühərriki. • Sabit maqnit SC mühərriki • Müstəqil təsirlənən SC mühərriki • Özünə təsirlənən SC mühərriki. • Şuntlu təsirlənən SC mühərriki• Ardıcıl təsirlənən SC mühərriki • Qarışıq təsirlənmə SC mühərriki• Təsirlənmə dolağı lövbərə birbaşa birləşdirilən (Short shunt-Qısa şuntlu)) SC mühərriki• Long shunt DC Motor. Təsirlənmə dolağı şəbəkəyə birləşdirilən (Long shunt -Uzun şuntlu) SC mühərriki • Diff erensial qarışıq SC mühərriki.
2. Sabit maqnitli SC dövrəsinin izahı
Sabit maqnitli SC mühərriki, adi mühərrikdə olduğu kimi, lövbər dolağından ibarətdir, lakin təsirlənmə dolağının olması heç də vacib deyil. Bu növ SC mühərrikinin konstruksiyası elədir ki, radial maqnitləşən sabit maqnitlər sahə axını yaratmaq üçün, stator oxunun daxili hissəsində yerləşdirilir. Digər tərəfdən, rotorun kommutator seqmentləri və şotkaları olan adi SC lövbəri var. Sabit maqnitli SC mühərrikinin sxemi aşağıda verilir. SC mürrəkinin dönmə anı tənliyinə əsasən, burada φ həmişə sabitdir, çünki tələb olunan sel sıxlığı sabit maqnitlər hazırlananda seçilir və sonra dəyişdirilə bilməz. Sabit maqnitli SC mühərriki üçün, Ka1 = Ka.φ digər sabitdir. Bu halda, SC mühərrikinin dönmə anı yalnız tənzimləyici lövbərin enerji təchizatını tənzimləməklə dəyişdirilə bilər.