Şuntlu SC mühərriki yüksək cərəyanları daşıya bilmədiyinə görə, o, yüksək işə salma anını tələb edən tətbiqlər üçün yararsızdır. Beləliklə, işə başlamaq üçün onun ox yükü kiçik olmalıdır. Şuntlu SC mühərrikində şunt dolaqlarının müqaviməti çox yüksəkdir. Nəticədə, Şuntlu SC mühərrikinə elektrik gərginliyi təchiz edildikdə, şunt statorundan çox az miqdarda cərəyan axır. Lövbər güclü maqnit sahəsini yaratmaq üçün kifayət qədər cərəyan istifadə edir. Lövbər ətrafında maqnit sahəsi və şunt sahəsi ətrafında yaranan sahə arasında qarşılıqlı təsir nəticəsində mühərrik fırlanmağa başlayır. Lövbər dönməyə başlayanda, əks EHQ yaradır. Əks EHQ yaranması əsasındakı nəzəriyyə sadə elektromaqnit prinsipidir. Bu prinsipə əsasən, naqil (bu halda, lövbər) maqnit sahəsində fırlananda, onda induksiya cərəyanı yaranır. Bu əmələ gələn əks EHQ-in qütblülüyü elədir ki, lövbər cərəyanına qarşı gəlir. Beləliklə, mühərrik fırlandıqca, lövbər cərəyanı əks EHQ ilə tənzimlənir və aşağı səviyyədə saxlanılır.
1. SC mühərrikinin tipini göstərmək və qısa təsvirini vermək
Sabit cərəyan mühərriki və ya SC mühərriki müasir texnika və texnologiya sahəsində geniş tətbiq olunur. Elektrik ülgücündən tutmuş avtomobil hissələrinə kimi, bütün kiçik və ya orta saylı mühərrik sistemlərində SC mühərrikləri yararlıdır. Və onun geniş tətbiqinə görə, bazarda xüsusi tələblər üçün müxtəlif funksiyalı SC mühərrikləri mövcuddur. Müstəqil təsirlənən SC mühərrikində, cərəyan təsirlənmə və lövbər dolaqlarına ayrılıqda verilir. Bu tipli SC mühərrikinin əsas fərqli xüsusiyyəti odur ki, lövbər cərəyanı təsirlənmə dolaqlarından keçmir, çünki təsirlənmə dolaqlarına enerji, aşağıdakı şəkildə göstərildiyi kimi, müstəqil kənar SC mənbəyindən verilir. SC mühərrikinin dönmə anı tənliyindən bizə məlumdur ki, Tg= Ka φ Ia. Beləliklə, bu halda, lövbər cərəyanı İa -dan asılı olmayaraq, sahə axını φ-i dəyişərək dönmə anını dəyişdirmək olar.