(1) SC mühərrikləri və SC generatorları. Hər bir SC maşını həm generator, həm də mühərrik kimi işləyə bilər. Beləliklə, belə təsnifat həm SC generatorları, həm də SC mühərrikləri üçün etibarlıdır. SC maşınları adətən onların təsirlənmə metodu əsasında təsniflənir. Bununla SC maşınlarının iki geniş kateqoriyası müəyyən edilir: sərbəst təsirlənən və özünə təsirlənən. Sərbəst təsirlənən: Sərbəst təsirlənən SC maşınlarında, təsirlənmə sarğacı müstəqil güc mənbəyindən təchiz olunur. Bu, təsirlənmə sarğacının lövbər dövrəsindən elektrik baxımdan ayrılması deməkdir. Sərbəst təsirlənən SC generatorları geniş istifadə olunmur, çünki əlavə elektrik mənbəyi və dövrəsi tələb olunduğuna görə onlar nisbətən bahadır. Onlar laboratoriyalarda tədqiqat işləri, Ward-Leonard (generator-mühərrik) sistemli SC mühərriklərinin dəqiq sürət nəzarəti üçün və özünə təsirlənmə SC generatorları qeyri qənaətbəxş olduqda, bir neçə digər sistemlərdə istifadə olunur. Bu tipdə stator təsirləmə seli həmçinin daimi maqnitlərin köməyi ilə təmin olunur (daimi maqnitli SC mühərriklərində olduğu kimi). DMSC mühərriki kiçik oyuncaq maşınlarında istifadə oluna bilər.
Özünə təsirlənmə: Bu tipdə, təsirlənmə sarğacı və lövbər dolağı geniş diapazonlu iş xarakteristikalarını təmin etmək üçün müxtəlif yollarla qarşılıqlı əlaqədədir (məsələn, lövbər dolağı ilə ardıcıl və ya Paralel təsirləmə sarğacı). Özünə təsirlənmə tipli SC generatorunda təsirlənmə sarğacı özü yaratdığı cərəyanla təmin olunur. Qalıq maqnerizm nəticəsində qütblərdə həmişə kiçik miqdarda axın mövcud olur. Beləliklə, əvvəlcə, SC generatorunun lövbər keçiricilərində cərəyan yalnız qalıq maqnetizm nəticəsində təsirlənir. Təsirlənmə cərəyanı təsirlənmə sarğacından axmağa başlayanda təsirləmə seli tədricən artır. Özünə təsirlənən maşınlar aşağıdakı kimi təsnif edilə bilər:
Ardıcıl dolaq - Bu tipdə təsirlənmə dolağı lövbər dolağı ilə ardıcıl birləşdirilir. Beləliklə, təsirlənmə dolağı bütün yük cərəyanını (lövbər cərəyanını) daşıyır. Buna görə ardıcıl dolaq bir necə qalın məftil burumu ilə hazırlanır və müqavimət çox aşağı (təxminən 0.5 om) saxlanılır.
Şunt dolağı - Burada, təsirlənmə dolağı lövbər dolağı ilə ardıcıl birləşdirilir. Beləliklə, təsirlənmə dolağında tam gərginlik tətbiq olunur. Şunt sarğacı çox saylı burmalardan hazırlanır və müqavimət çox yüksək (təxminən 100 om) saxlanılır. O, nominal lövbər cərəyanının 5%-dən aşağı olan kiçik cərəyan sərf edir.