(2) Burada PN birləşmələrini yoxlamaq üçün yalnız bir davamlılıq diapazonlu (müqavimət) multimetri istifadə etməyi nəzərdə tuturam. Bəzi multimetrlərin iki ayrı və hərəsinin öz məqsədi olan davamlılıq yoxlama funksiyası müqavimət və “diod yoxlama” ilə təmin olunur. Əgər sizin sayğacınızda “diod yoxlama” funksiyası təyin edilibsə, “müqavimət” diapazonunu deyil, bundan istifadə edin və sayğac PN birləşməsinin faktiki düz gərginliyini göstərəcəkdir. Yalnız onun cərəyan keçirib-keçirməməsini qeyd etməyəcək. Əlbəttə, NPN tranzistoru üçün, iki PN birləşməsi əks şəkildə qarşı-qarşıya gəldikdə tam başqa olmalıdır. Bazada qırmızı (+) çıxışı olan multimetrin aşağı müqavimət göstəriciləri NPN tranzistoru üçün “əks” vəziyyətdir. Əgər bu sınaq üçün “diod yoxlama” funksiyalı multimetr istifadə olunarsa, aşkar olur ki, emitter-baza birləşməsinin gərginlik azalması kollektor-baza birləşməsindən bir qədər artıqdır. Bu düz gərginlik fərqinin səbəbi tranzistorun emitter və kollektor sahələri arasında aşqarlıq konsentrasiyasında bərabərsizlikdir: Emitter yarımkeçirici materialının kollektordan daha ağır aşqarlı hissəsidir və bunun nəticəsində onun baza ilə birləşməsində daha yüksək gərginlik azalması əmələ gəlir. Bunu bilərək, markalanmamış tranzistorda hansı naqilin olmasını müəyyən etmək olar. Bu vacibdir, çünki tranzistorun qablaşdırılması, təəssüf ki, standarlaşdırılmayıb. Əlbəttə, bütün ikiqütblü tranzistorların üç naqili var, lakin faktiki fiziki qablaşmada üç naqilin mövqeyi hər hansı bir universal, standarlaşdırılmış qaydada təşkil olunmayıb.
(3) Fərz edək ki, texnik ikiqütblü tranzistoru tapıb, “diod yoxlama” rejimində nizamlanan multimetrlə davamlılığı ölçür. Naqil cütləri arasında ölçmələr apararaq və sayğac göstəricilərini qeyd edərək, texnik aşağıdakı Şəkildəki məlumatları əldə edir. Naməlum ikiqütblü tranzistor. Hansı klemma emitter, baza və kollektordur? Klemmalar arasında ommetr göstəriciləri