(9) Hər bir qurğunun yerini işarələyin və onları xarici idarəetmə panelinə bərkidin
1. Hər bir qurğunun yerini cizgiyə uyğun işarələyin.
2. Qurğuları işarələnən yerə bərkidərkən, cizgiyə uyğunluğu təmin etmək üçün üfüqi və şaquli vəziyyəti yoxlayıb təsdiq edin.
(10) Dövrəni quraşdırın
1. Cizgiyə uyğun olaraq, dövrənin yerini seçin.
2. PE və CD dövrələrini quraşdırın. (11) Naqilləşdirmə və birləşdirmə.
3. İdarəetmə dövrəsinə uyğun olaraq, elektrik mənbəyi, mühərriklər, detektorlar və siqnalların naqilləşdirilməsi və birləşdirilməsi.
4. Bütün sıxacların və qurğuların naqilləşdirilməsi və torpaq birləşməsinin yerinə yetirilməsi.
(11) Yoxlama və istismar sınağını yerinə yetirdi?
1. Dövrə testeri ilə hər bir və bütün dövrələri yoxlayın.
2. Mühərriklər, isidici və vericinin işini sınaqdan keçirin.
(12) Alətləri və materialları səliqəyə salın.
Qiymәtlәndirmә standart meyarları | Bәli | Xeyr | T/E |
Tələbə bu modulun tapşırıqlarını yerinə yetirərkən: 1. İdarəetmə dövrəsinin tərtibi qaydasını izah etdi? 2. Bütün komplektləşdirici hissələri layihələndirdi? 3. İnternet saytında detalı axtardı? 4. Qurğuları quraşdırdı? 5. Naqilləşdirməni yerinə yetirdi? 6. Dövrəni təftiş etdi? 7. Mühərriki birləşdirdi? 8. Təcrübi idarəetmə yerinə yetirdi? 9. Təmir etdi/texniki xidmət göstərdi? 10. Sintez idarəetmə sistemini düzgün şəkildə təşkil etdi? |
*T/E (tətbiq edilmədi) – Tələbə təcrübi məşq şəraiti ilə əlaqədar olaraq məşqi yerinə yetirə bilmədi