• Kontaktor və mühərrik starterinin nominalı və ölçüsü: Kontaktorlar və mühərrik starterləri müxtəlif sahələrə və əməliyyatlara tətbiq edilmək üçün bir çox ölçüyə və nominallara malik olur. Tətbiq sahələri dəlmə dəzgahını işə salan starterdən tutmuş elektrik odluğu işlətmək üçün istifadə olunan kontaktora qədər dəyişə bilər. Bilmək lazımdır ki, hər hansı ölçülü kontaktor və ya mühərrik yükləri işlətmək üçün kifayət etməyəcək; kontaktorlar və mühərrik starterləri ilə işləyərkən texniki xidmət üzrə texniklər və quraşdırıcılar nəzarət qurğularının quraşdırılması üzrə təlimatlara riayət etməlidir. Mühüm əhəmiyyət kəsb edən təlimatlardan biri tətbiq olunan yükün cərəyan gücüdür. Bu, NEMA (Milli Elektrik İstehsal Assosiasiyası) və ya IEC (Beynəlxalq Elektrotexniki Koalisiya) standartlarına cavab verən düzgün ölçülü cihazın seçilməsini müəyyənləşdirəcək. Həmçinin qurğunun quraşdırılacağı mühiti bilmək də mühüm əhəmiyyət kəsb edir. Bu, idarəetmə qurğunun işində hər hansı pozulmaya yol verməmək üçün düzgün korpusun seçilməsini təmin edəcək. Bu nəzarət qurğuları eyni icra etsə də, eyni vəzifəni icra edə bilməz.
• Mühərrik kontaktoru: Aşağıdakı bölməyə kontaktorlar haqqında ətraflı müzakirə daxildir. Kontaktorlar iki növə bölünür: mexaniki və maqnit kontaktorlar. Mexaniki kontaktorlar və mühərrik starterləri orta və aşağı cərəyanlı yük əməliyyatları üçün layihələndirilir və bu zaman operator təhlükəsizliyi üçün qoşulacaq və söndürüləcək yükün bilavasitə yaxınlığında olmalıdır. Maqnit kontaktorları və mühərrik starterləri təhlükəsiz iş üçün həddən çox yük cərəyan daşıya bilən yüklərin avtomatlaşdırılması və uzaqdan idarə olunmasında istifadə edilir.
• Mexaniki kontaktorun iş prinsipi: Mexaniki kontaktorlar yüklənmə mühafizəsini tələb etməyən yükləri (məs: isitmə elementləri) işlətmək üçün istifadə edilən nəzarət qurğulardır, yaxud bu kontaktorlar daxili səviyyədə layihələndirilmiş yüklənmə mühafizəsinə malik yükləri (məs: bir fazalı dəyişən cərəyanlı mühərriklər) işlədir. Mexaniki kontaktorlar onlara birləşdirilmiş yükləri işlətmək üçün qoşucu və söndürücü aşırma dəyişdirici açar ilə təchiz edilir və bu o deməkdir ki, yükləri işə salmaq üçün düyməyə basmaq lazımdır. Mexaniki kontaktorlar orta rejimli yüklərə daha yaxşı uyğunlaşdırılıb, çünki qurğuların daxilində quraşdırılan kontaktlar uzun müddətdə böyük həcmdə cərəyanı daşımaq qabiliyyətinə malikdir, adi açar isə daha aşağı cərəyan əməliyyatlarına hesablanıb və uzun müddətdə böyük həcmdə cərəyanı idarə edə bilmir.