Elektrik işi üzrə təcrübə 1, 2
12. Sintez idarəetmə sisteminin təşkili (1)
İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. Bu idarəetmə dövrəsinin tərtibi qaydasını izah etməyi biləcək;
2. Sintez idarəetmə sistemini düzgün şəkildə təşkil etməyi bacaracaq
Təcrübə materialları:
1. Cihazlar;
2. Elektrik naqili.
Avadanlıqlar və alətlər:
1. İş paneli;
2. Alətlər qutusu.
Mövzu ilə əlaqəli biliklər
1. Sistemin müəyyənləşdirilməsi
(1) Möhkəm vəziyyətli taymer: Möhkəm vəziyyətli taymerlər bir çox formada və ölçüdə olur.
Sənayedə istifadə olunan ən geniş yayılmış taymerlər: QOŞULMA yubanmalı və SÖNDÜRMƏ
yubanmalı möhkəm vəziyyətli taymerlər.
(2) Qoşulma yubanmalı taymerin birləşdirilməsi: Qoşulma yubanmalı möhkəm vəziyyətli
taymerin relesi iki detallı qurğudur və bu qurğunun bir hissəsi bünövrə, digər hissəsi isə vaxt relesidir.
Qoşulma yubanmalı taymerin bünövrəsi idarəetmə releləri ilə növbələnən şəkildə istifadə
edilir. Bünövrə düzgün yerləşməni təmin etmək üçün səkkiz kontakt dəliyinə malikdir (şəklə baxın)
və açar dəliyinə malikdir.
Şəkil 1: QOŞULMA yubanmalı taymerin birləşdirilməsi
(3) Qoşulma yubanmalı taymerin şəkil 1-də göstərilən kontakt planının funksiyası aşağıdakı
kimidir:
• 7-ci və 2-ci kontaktlar dolaq sıxaclarıdır
• 8-ci və 1-ci kontaktlar kontaktların iki dəsti üçün ümumi sıxaclardır
• Kontakt 2 normal açıq kontaktdır və kontakt 1 üçün ümumidir
• Kontakt 4 normal qapalı kontaktdır və kontakt 1 üçün ümumidir
• Kontakt 6 normal açıq kontaktdır və kontakt 8 üçün ümumidir
• Kontakt 5 normal qapalı kontaktdır və kontakt 8 üçün ümumidir